Əsas məzmuna keç

Hud surəsi - 35-ci Ayə

Surə 11
Ayə 35

Azərbaycan dilində tərcümə

Yoxsa (sənin qövmün) «bunu (bu əhvalatı və ya bu Qur’anı) onun özü yalandan uydurmuşdur!» deyirlər. De: «Əgər onu özüm uydurmuş olsam (hətta elə fərz etsək belə yenə də) günahım öz boynumadır və mən sizin etdiyiniz (küfr və itaətsizliklər kimi) günahlardan uzağam.»
Hud surəsi , 35-ci ayə
Hud surəsi 35-ci ayə
Tam Surə

Hud surəsi 35-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 35

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Müşriklər) deyirlər ki, onun (Nuh və ya Məhəmmədin (s)) dedikləri Allaha iftiradır. De ki, mən Allaha iftira yaxmışamsa, cəzasını özüm çəkəcəyəm. Mən sizin günahlarınızdan zara gəlmişəm.”
Nöqtələr
"İcram” və "curm” lüğətdə kal meyvələrin dərilməsi mənasını bildirir. Başqa hallarda bəyənilməmiş, xilaf işlər mənası bu sözlərlə ifadə olunur.
Bildirişlər
1. Allah-təala peyğəmbərə müşriklərlə sorğu-sual, rəftar qaydalarını öyrədir.
2. Öz sözlərini Allaha aid etmək günahdır.
3. Hər kəs öz əməlinin məsuliyyətini daşıyır.
4. Şirkdən üz döndərmək zəruridir.
5. Şirk günahdır.