Əsas məzmuna keç

Hud surəsi - 36-cı Ayə

Surə 11
Ayə 36

Azərbaycan dilində tərcümə

Və Nuha vəhy olundu ki: «Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə.»
Hud surəsi , 36-cı ayə
Hud surəsi 36-cı ayə
Tam Surə

Hud surəsi 36-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 36

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Bizim tərəfimizdən) Nuha vəhy olundu ki, (bu vaxtadək) iman gətirənlərdən savay sənin qövmündən (digərləri) heç vaxt iman gətirməzlər. Onların gördüyü işlərə görə qəmgin olma.”
Nöqtələr
Bu ayədən məlum olur ki, həzrət Nuh öz qövmünü Allahın xəbərdarlığı əsasında lənətləmişdir. Həzrət Nuh öz qövmü haqqında dedi: "Pərvərdigara! Yer üzündə bir nəfər də olsun kafir saxlama.”