Əsas məzmuna keç

Hud surəsi - 39-cu Ayə

Surə 11
Ayə 39

Azərbaycan dilində tərcümə

Beləliklə, tezliklə (dünyada) xar və rüsvayedici əzabın kimə gələcəyini biləcəksiniz və (axirətdə) ona həmişəlik əzab nazil olacaqdır.
Hud surəsi , 39-cu ayə
Hud surəsi 39-cu ayə
Tam Surə

Hud surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Tezliklə biləcəksiniz ki, zəliledici əzab kimin sorağına gələcək və əbədi
əzab kimi yaxalayacaq.”

 

Nöqtələr
◘“Əl-mizan” təfsirində bildirilir ki, “əzabun yuxzih” dedikdə dünya əzabı,
“əzabun muqim” dedikdə isə Qiyamət əzabı nəzərdə tutulur.
Bildirişlər
1. Kafirləri qorxutmaq və hədələməklə onları istehzanın şirinliyindən məhrum
edək.
2. Kafirlərin qiyamət əzabını yada salıb Allah yolunda məsxərəyə
qoyulmağımıza dözək.
3. Məsxərə edən kafirlər üçün axirət əzabı davamlıdır.