Əsas məzmuna keç

Hud surəsi - 42-ci Ayə

Surə 11
Ayə 42

Azərbaycan dilində tərcümə

Və həmin gəmi onları dağlara bənzər dalğalar arasında aparırdı. Nuh (onun etiqadından və ya məkanından) bir kənarda olan oğlunu səslədi: «Ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma!»
Hud surəsi , 42-ci ayə
Hud surəsi 42-ci ayə
Tam Surə

Hud surəsi 42-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 42

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Gəmi onları dağ kimi dalğalar arasından irəli aparırdı. Həmin vaxt (Nuh
bir guşədə dayanmış) oğlunu səslədi: “Ey oğlum! (İman gətir və) bizimlə
süvar ol, kafirlərlə qalma.”


Nöqtələr
◘Belə görünür ki, həzrət Nuh öz oğlu ilə gəminin hərəkətindən öncə
danışmışdır. Çünki gəmi hərəkətə başladıqdan sonra dağ kimi dalğalar arasında
gəmiyə süvar olmaq mümkünsüz idi.

Sual: Nə üçün Nuh yalnız oğlunu gəmiyə də`vət etdi?
Cavab: Əvvəla, insanın övlada münasibətdə vəzifəsi daha ağırdır. İkincisi,
övladı kənara çəkildiyindən Nuh onun peşman olduğunu güman etdi. Nuhun bu
müraciəti, yə`ni oğlunu qurtuluşa çağırması ətrafdakılara əzabın ciddiliyi ilə bağlı
işarə ola bilər.
◘“Nurus-səqəleyn” təfsirindəki rəvayətə əsasən, Nuhun oğlu onun doğma oğlu
olmamışdır.
◘Həzrət Nuh gəmiyə qalxdığı gün oruc tutmuş və ətrafındakılara da belə bir
göstərişi vermişdi: “Oruc tutmaq təhlükədən qurtuluş rəmzidir.”
◘Dağ tək yüksək dalğaları ötüb keçməsi Nuhun gəmisinin əzəmətindən və
peyğəmbərin hünərindən danışır.
Bildirişlər
1. Gəmiyə süvar olanları da təlatümlü bir yol gözləyirdi. Gəmiyə minmək və
gəminin Nuh kimi şəxs tərəfindən idarə olunması ilə iş bitmirdi.
2. Son anadək kafir olsalar belə ətrafdakıların qurtuluşu haqqında düşünək.
3. Bir guşəyə çəkilib dünyadan küsmək qurtuluş deyil.
4. Valideyn öz övladının taleyi üçün məs`uliyyət daşıyır.
5. Kafirlərlə yaxınlıq hətta peyğəmbər övladını belə dindən uzaq salır.

Nuh oğlu pislәrә qoşulduğu an
Peyğәmbәr yolunu itirdi tamam.


6. Təkcə kafir olmaq yox, kafirlərlə birlikdə olmaq da təhlükəlidir.
7. Ailənin sağlam olması bəs etmir. Küfrə uğramış çirkin mühit bir çox
azğınlıqlar törədir.