Əsas məzmuna keç

Hud surəsi - 47-ci Ayə

Surə 11
Ayə 47

Azərbaycan dilində tərcümə

Dedi: «Ey Rəbbim, (barəsində) elmim olmayan şeyi Səndən istəməkdən Sənə sığınıram (peyğəmbərlərə hər hansı bir mövzunu müəyyən etməmiş onun xeyirinə olmayan hökmü istəmək yaraşmaz) və əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyana uğrayanlardan olacağam.»
Hud surəsi , 47-ci ayə
Hud surəsi 47-ci ayə
Tam Surə

Hud surəsi 47-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 47

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“(Nuh) Dedi: “Pərvərdigara! Bilmədiyim şeyi istəməkdən Sənə pənah
aparıram. Əgər (bu istəyi) mənə bağışlamasan və rəhm etməsən,
ziyankarlardan olacağam.”


Bildirişlər
1. Peyğəmbərlər Allaha dərhal təslim olur.
2. Dualarımızda “Rəbb” çağırışını yaddan çıxarmayaq.
3. Allaha pənah aparmaq çətinliklər zamanı insan üçün ən üstün
sığortalanmadır.
4. Allahın moizələri qarşısında ədəbli və təvazökar olaq.
5. Bir şeyin yaxşı-pisliyini bilmədikdə Allahdan onu istəməyək.
6. Yersiz sual və sözə görə tövbəyə ehtiyac var. (Əgər peyğəmbərlər yersiz
istəyə görə Allaha pənah aparırsa, daim Allahdan yersiz şeylər istəyən bizlər nə
etməliyik?)
7. Öncə bağışlanmaq, sonra rəhmət əldə etmək!
8. Əsl zərər bağışlanmamaqdır.
9. İnsanlar, hətta peyğəmbərlər Allahın lütfü olmadan məqsədə çata bilməzlər.
Allahın mərhəmətindən məhrum olan kəs ziyankardır.