Əsas məzmuna keç

Hud surəsi - 50-cu Ayə

Surə 11
Ayə 50

Azərbaycan dilində tərcümə

Və Ad qövmünə (qan ya qəbilə) qardaşları Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Həqiqətən siz (bütləri Allaha şərik qoşmaqda) yalnız iftiraçılarsınız».
Hud surəsi , 50-cu ayə
Hud surəsi 50-cu ayə
Tam Surə

Hud surəsi 50-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 50

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Ad qövmünə doğru qardaşları Hud (göndərildi, o, xalqa) dedi: “Ey
mənim qövmüm! Allaha pərəstiş edin, sizin üçün Ondan savay heç bir
mə`bud yoxdur. (Siz bütlərə pərəstiş etməkdə yanılırsınız.) Siz yalnız iftira və
böhtan əhlisiniz.”


Nöqtələr
◘Həzrət Nuhun ardınca həzrət Hud məb`us oldu. Bu peyğəmbərin əhvalatı
“Ə`raf”, surəsinin 65-72-ci ayələrində bəyan olunmuşdur. Mə`lum olur ki, həzrət
Hud Ad qəbiləsindən olmuşdur. Çünki o ayədə “Ad qardaşı” kimi təqdim olunur.
◘Nuhun vəfat vaxtı çatdıqda ətrafındakılara buyurdu: “Məndən sonra qeyb
dövrü olacaq. Həmin vaxt zalım hakimlər ortaya çıxar və Allah mənim nəslimdən
olan Hud adlı canişinlə sizə qurtuluş nəsib edər.”
◘Bütlərin şəfaətçi kimi tanınması həm Allaha iftiradır, həm də bütlərə
böhtandır. Bütlər heç bir xeyir və zərər yetirmək gücündə deyil.
Bildirişlər
1. Həzrət Hudun peyğəmbərliyi Ad qövmünə aid idi.
2. Qardaşyana fəzada təbliğ tə`sirlidir.
3 Peyğəmbərlər yalançı və ya sehrbaz yox, ümmətlər üçün qardaşdırlar.
4. Tövhidə də`vət peyğəmbərlərin ilkin vəzifəsidir.
5. Əməli tövhid e`tiqadi tövhidə əsaslanır.
6. Allaha şərik qoşmaq xülya və böhtandan başqa bir şey deyil.