Əsas məzmuna keç

Hud surəsi - 55-ci Ayə

Surə 11
Ayə 55

Azərbaycan dilində tərcümə

(Və həmçinin) Onun yerinə (ibadət etdiklərinizdən uzağam). Buna görə də hamılıqla mənim barəmdə (bacardığınız kimi) plan cızıb məkr və hiylə işlədin, sonra da (onu həyata keçirin və) mənə heç bir möhlət verməyin».
Hud surəsi , 55-ci ayə
Hud surəsi 55-ci ayə
Tam Surə

Hud surəsi 55-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 55

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“Ondan (Allahdan) başqa hər şeydən (uzağam)! Hamınız mənə qarşı
qurğu qurun və mənə möhlət verməyin. (Mə`lum olsun ki, siz və sizin
bütləriniz heç nə bacarmırsınız.)”


Nöqtələr
◘“İ`tira” dedikdə e`tiraz və hədəfə çatma mə`naları başa düşülür.
◘Həzrət Hud bütpərəstlərin tutduqları yolun puç olduğunu sübut etmək üçün
onları mübarizəyə çağırdı. Nuh da belə etmişdi. O, xalqa dedi: “Siz istədiyiniz işi
görün. Amma bilin ki, mənə bir zərər toxundura bilməyəcəksiniz.”
İslam Peyğəmbərinin (s) də bu sayaq çağırışları var.
Bildirişlər
1. Ad qövmü inanırdı ki, hər bir büt dünyanın müəyyən işlərini idarə edir.
2. Xurafata qarşı çıxmış peyğəmbərlərin, islahatçıların dəli adlandırılması təzə
iş deyil.
3. Şirk və müşriklərdən üz döndərib onlara arxa çevirmək ilahi peyğəmbərlərin
qaydası olmuşdur.
4. Xurafata qarşı qətiyyətlə mübarizə aparılmalıdır.
5. Hudun mübarizəyə çağırışı onun haqq olmasının dəlilidir.
6. Peyğəmbərlər heç bir qüvvədən çəkinmirlər.
7. Bütlərin heç bir qüdrəti yoxdur.