NUR TƏFSİRİ: Hud surəsi / ayə 57
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
“Əgər siz (də`vətimdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən, mən nəyə
görə göndərilmişəmsə, onu sizə çatdırmışam və Rəbbim başqa bir dəstəni sizə
canişin edəcək. Siz Ona heç bir zərər toxundurmazsınız. Həqiqətən, Rəbbim
hər şeyə nəzarətçidir.”
Bildirişlər
1. Peyğəmbər xalqı də`vət edib Allahın əmrini çatdırdıqdan sonra yetərli
dəlillər gətirib höccəti tamamlayır.
2. Təbliğatçının vəzifəsi xalqı məcbur etmək yox, dini maarifi çatdırmaqdır.
3. Din təbliğatçısı və ümmətin rəhbəri xalqın biganəliyini öz məğlubiyyəti kimi
qəbul etməməlidir.
4. Xalqın razılıq və ya e`tirazı təsadüfi deyil. Uyğun münasibətlər Allahın
hakim buyurduğu qanunlardan qaynaqlanır. (Şirk, günah, peyğəmbərə qarşı
müxalifət cəmiyyətin tənəzzül amillərindəndir.)
5. Bizim küfrümüz, itaətsizliyimiz, ölümümüz Allaha heç bir zərər vurmur.
6. Allah hər şeyi və hər kəsi qoruyur. Bizim küfr və hiyləmiz Allaha heç bir
zərər vura bilməz.