NUR TƏFSİRİ: Hud surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
“(İbrahimin zövcəsi) dedi: “Vay olsun mənə! Özüm qoca bir qarı, ərim
qoca bir kişi olduğu halda övladımmı olacaq? Doğrusu, bu, təəccüblü bir
işdir!”
Nöqtələr
◘İbrahimin zövcəsi təəccüb etməkdə haqlı idi. Çünki bu qadın gənc yaşından
bəri sonsuz olmuşdu.
İndi isə onun 90, əri İbrahimin 100 yaşı vardı.
◘“Əl-mizan” təfsirində nəql olunduğuna əsasən, “bə`l” başqasına ehtiyacı
olmayan, ayaq üstdə dura bilən insana deyilir. Öz xərcini təklikdə ödəyə bilən ər
də ”bə`l” adlandırılmışdır. Suya ehtiyacı olmayan xurma ağacına da “bə`l” deyilir.
Bildirişlər
1. Qadın elə bir məqama ucala bilər ki, mələklərlə danışar.
2. Allahın qüdrətinə təəccüb imana zidd deyil.
3. Allahın qüdrətini öz məhdud imkanlarımızla ölçməyək. (Bə`zən zahiri
vasitələr səmərəsiz olur.)