Əsas məzmuna keç

Hud surəsi - 70-cu Ayə

Surə 11
Ayə 70

Azərbaycan dilində tərcümə

Beləliklə, elə ki, onların əllərinin ona (yeməyə) çatmadığını (uzanmadığını) gördü, onları yad bildi və qəlbində onlardan bir qorxu duydu. Onlar dedilər: «Qorxma, həqiqətən biz (Allah tərəfindən) Lut qövmünə (onları məhv etmək üçün) göndərilmiş (mələklər)ik.»
Hud surəsi , 70-cu ayə
Hud surəsi 70-cu ayə
Tam Surə

Hud surəsi 70-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 70

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“(İbrahim) onların (qonaqların) yeməyə əl uzatmadılarını görüb narahat
oldu və qəlbinə qorxu düşdü. (Düşündü ki, onlar öz pis məqsədlərini rahatca
həyata keçirmək üçün çörək kəsmirlər.) Amma qonaqlar dedilər: “Qorxma,
həqiqətən, biz Lut qövmünə (əzab üçün) göndərilmişik.”


Nöqtələr
◘Həzrət İbrahimin keçirdiyi qorxu adi insanların qorxusundan fərqlənirdi.
İbrahim tarixin bütsındıranı idi və heç vaxt nədənsə qorxmamışdı. Amma təhlükə
ehtimalı fərqli bir məsələ idi.
◘İşdə mərhələləri gözləmək lazımdır. Həzrət Lut və onun qövmü həzrət
İbrahimin tabeçiliyində olan qövmlərdən idi. Bu səbəbdən də Lut qövmünün
məhvi üçün həzrət İbrahim bu işdən xəbərdar edilirdi.
Bildirişlər
1. Mələklər maddi qidalardan istifadə etmirlər.
2. Peyğəmbərlərin elmi məhduddur.
3. Həzrət İbrahimin dövründə qonağın süfrəyə əl uzatmaması onun ev sahibi ilə
düşmənçilik nişanəsi sayılırdı.
4. Bə`zən insanın qorxusu mə`lumatsızlıqdan qaynaqlanır.
5. Mələklərin vəzifələrindən biri əzab gətirməkdir.