NUR TƏFSİRİ: Hud surəsi / ayə 98
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
“O (Fir`on), Qiyamət günü qövmünün önündə hərəkət edər və onları oda
aparar. Onların daxil olduğu yer necə də pisdir!”
Nöqtələr
◘“Vird” dedikdə insanın daxil olduğu su başa düşülür. “Vurud” sözü isə suya
doğru hərəkət mə`nasını bildirir. Amma bu söz sadəcə daxil olmaq mə`nasında
işlənməyə başlamışdır.
Bildirişlər
1. Hər hansı proqramın yetərli olmasının nişanəsi onun insanı cəhənnəmə yox,
behiştə aparmasıdır.
2. Dünyada xalqın qabağınca gedənlər axirətdə də onları öz arxasınca ya
behişt, ya da cəhənnəmə aparacaq. Ədalətli (nur) imam xalqı behiştə (nura), zalım
(od) imam xalqı cəhənnəmə (oda) yönəldəcək.