Əsas məzmuna keç

Hud surəsi - 100-cu Ayə

Surə 11
Ayə 100

Azərbaycan dilində tərcümə

Bu, şəhərlərin və millətlərin xəbərlərindəndir ki, sənə söyləyirik. Onların bəzisi durur, bəzisi isə biçilib məhv olmuşdur.
Hud surəsi , 100-cu ayə
Hud surəsi 100-cu ayə
Tam Surə

Hud surəsi 100-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 100

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

“(Ey peyğəmbər,) bu (sözlər) abadlıqlar və şəhərlər haqqında sənə
danışdıqlarımızdandır. Onlardan bə`ziləri hələ də qalır, amma bə`ziləri artıq
viran olmuşdur.”


Nöqtələr
◘Ayədən belə bir mə`na anlaşıla bilər ki, bə`ziləri həlak edilsə də, onların
əsərləri qalmışdır. Amma məhv edilənlərdən bə`zilərinin əsər-əlaməti də yoxdur.
◘Qur`anda göstərlilən əhvalat mühüm rolu və tə`sirləri var: (bu əhvalat)
qəlbəyatımlı və cazibəlidir; bir çox dəlillər üçün düşüncəyə yol açır; dərs
oxumamış bir peyğəmbər üçün mö`cüzə sayılır; eşidənlər üçün ibrət dərsidir.
Bildirişlər
1. Tarixdən ibrət götürüləcək qədər danışmaq yetər.
2. Nuh, Hud, Saleh, Lut, Şüeyb, Musanın tarixi bəşər tarixinin mühüm
hissələrindəndir.
3. Qur`an keçmişin tarixi ilə tanışlıq üçün bir mənbədir.
4. Yalnız Allah düzgün, sənədli və ibrətamiz əhvalatlar nəql edə bilər, bunu
unutmayaq.
5. Qur`anın qeyd etdiyi əhvalatlar ən gerçək əhvalatlardır. Çünki bu əhvalatları
Allah-təala nəql etmişdir.
6. Ümmətlərin tarixi onların nişanələri mövzusundan fərqlənir. Nişanələr məhv
olub getsə də, tarix qalır.