NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 12
MÖHSÜN QƏRAƏTİ
16.11.2025
"Allah bizi (səadət) yollarımıza hidayət etdiyi vaxt nə üçün Ona təvəkkül etməyək?! Şübhəsiz, bizə rəva bildiyiniz hər bir əziyyətə qarşı müqavimət göstərəcəyik. Təvvəkül əhli yalnız Allaha təvəkkül etməlidir.”
Nöqtələr
«Təvəkkül» dedikdə vəkil tutmaq nəzərdə tutulur. Vəkildə 4 şərt olmalıdır: bilik, əmanətdarlıq, qüdrət və məhəbbət. Bu şərtlər Allahdan savay kimsədə tam şəkildə yoxdur. Beləsə, Ona təvəkkül edək.
İmam Riza (ə) buyurur: "Allaha iman gətirmək sayəsində kimsədən qorxmamaq təvəkkülün sərhəddidir.”
Bildirişlər
1. Hidayət edən Allah himayə də göstərir. Beləsə, Ona təvəkkül edək.
2. Peyğəmbərlərin yolu elə Allahın yoludur.
3. Allah yolunu getmək üçün çətinliklərə dözmək şərtdir.
4. Həm Allaha təvəkkül etmək, həm də müxaliflər qarşısında səbirli olub onlara müqavimət göstərmək lazımdır.
5. Möminə nə qədər işgəncə verilsə də, öz əqidə və əməlindən əl çəkməz.
6. Yalnız dayağı olan kəs səbir edə bilər.