Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 39-cu Ayə

Surə 14
Ayə 39

Azərbaycan dilində tərcümə

«Həmd və şükr olsun qocalıq çağımda mənə İsmaili və İshaqı əta edən Allaha! Həqiqətən mənim Rəbbim duanı eşidən və qəbul edəndir».
İbrahim ‏ surəsi , 39-cu ayə
İbrahim ‏ surəsi 39-cu ayə
Tam Surə

İbrahim ‏ surəsi 39-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 39

MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Qoca vaxtımda İsmail və İshaqı mənə əta etmiş Allaha həmd olsun. Şübhəsiz, Rəbbim duaları eşidəndir.”
Nöqtələr
İsmail və İshaq Allahın xüsusi nemətlərindən idi. Çünki:
a) Bu övladlar həzrət İbrahimin duası ilə vücuda gəlmişdi;
b) Bu uşaqlar atalarının qoca vaxtında dünyaya gəldilər;
v) Onlar saleh övladlar idilər;
q) Onlar növbəti peyğəmbər silsiləsi üçün başlanğıc oldular.
Əsas məsələ övladın salehliyidir. Bu övladların kənizdən və ya azad qadından olmasının fərqi yoxdur. (İsmail kənizdən, İshaq isə azad qadından doğulmuşdu).
Bildirişlər
1. İlahi nemətləri zikr edərkən Allaha təşəkkür edək.
2. Allaha qəbul olmuş dualarımıza görə şükür edək.
3. Övlad Allahın hədiyyəsidir.
4. Allahın iradə və qüdrəti qarşısında heç bir maneə yoxdur. Allah istəsə qoca da övlad sahibi ola bilər.
5. Allaha təşəkkür edərkən nemətləri ayrı-ayrı zikr edək.
6. Duaların qəbulu Allahın sünnəsidir.