Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 38-ci Ayə

Surə 14
Ayə 38

Azərbaycan dilində tərcümə

«Ey Rəbbimiz, şübhəsiz, Sən bizim gizlətdiyimizi də, aşkar etdiyimizi də bilirsən. Yerdə və göydə heç bir şey Allahdan gizlin deyildir».
İbrahim ‏ surəsi , 38-ci ayə
İbrahim ‏ surəsi 38-ci ayə
Tam Surə

İbrahim ‏ surəsi 38-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 38

MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Pərvərdigara! Həqiqətən, Sən bizim gizli və aşkar işlərimizi bilirsən. Yerdə və göydə Allaha gizli bir iş yoxdur.”
Nöqtələr
Bir halda ki, hər şey Allaha aydındır, Onun elmi bütün işləri əhatə edir, Onun hüzurunda günaha yol verməməli, yalnız Onun razılığı əsasında məxluqu ilə rəftar etməliyik.
Bildirişlər
1. Allahın hüzurunda aşkarla gizlinin fərqi yoxdur.
2. Yerlə göy Allahın elmində eynidir.