Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 51-ci Ayə

Surə 14
Ayə 51

Azərbaycan dilində tərcümə

Allahın hər bir kəsi (küfr və itaətsizlikdən) kəsb etdiyinin müqabilində, yaxud həmin əqidə və əməllərin gerçək təzahürü ilə cəzalandırması üçün. Həqiqətən Allah tez hesab çəkəndir (bütün əməllərin hesabı və cəzanın miqdarının təyin olunması dərhaldır, yaxud cəzanın müddəti, hətta Bərzəx ya Qiyamət olsa belə, Allahın nəzərində çox tezdir).
İbrahim ‏ surəsi , 51-ci ayə
İbrahim ‏ surəsi 51-ci ayə
Tam Surə

İbrahim ‏ surəsi 51-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 51

MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"(Günahkarlar cəzalandırılar ki,) Allah hər kəsə gördüyü işin əvəzini versin. Çünki Allah tez hesab çəkəndir.”
Bildirişlər
1. Kimsə cəzasız qalmaz.
2. Heç bir iş dünyada cavabsız qalmır.
3. İlahi cəza və mükafat öz əməllərimizə əsaslanır.