Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 50-cu Ayə

Surə 14
Ayə 50

Azərbaycan dilində tərcümə

Onların köynək və libasları qətrandan (pis iyli və alışan tünd yağdan)dır və üzlərini od bürüyəcəkdir.
İbrahim ‏ surəsi , 50-cu ayə
İbrahim ‏ surəsi 50-cu ayə
Tam Surə

İbrahim ‏ surəsi 50-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 50

MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Onların libasları qətrandır və üzlərini atəş bürümüşdür.”
Nöqtələr
Əzab-əziyyət içində olan insan başqalarının fəryadını eşitdikdə daha çox əziyyət çəkir. Şadlıq o zaman ləzzətlidir ki, şad bir cəmiyyət arasında olasan. Quran buyurur: "Biz həmfikir fərdləri bir yerə toplayarıq, günahkarlar cəhənnəmdə, xeyir əməl sahibləri behiştdə cəm olar. Cəhənnəm əhli haqqında deyilir: "Sitəmkarlar özləri kimi olan zövcələri ilə birlikdə cəhənnəmə gedərlər.” Digər bir ayədə oxuyuruq: "Həmin gün çaşqın abid öz xəyali, uydurma məbudu ilə birlikdə cəhənnəmə atılar.” "Təkvir”surəsinin 7-ci ayəsində də uyğun nöqtələrə işarə olunur.
"Əsfad” dedikdə məhbusların ayağına vurulan böyük taxta parçası nəzərdə tutulur.
Qətran müəyyən ağaclardan alınan maddədir. Qətran əridilib möhkəmləndikdən sonra dəvənin dəri xəstəliyini sağaltmaq üçün istifadə olunur. Bu maddə pis qoxuludur və şölələnmə qabiliyyətinə malikdir.
Qiyamət əzablarından biri günahkarların qandallanması və zəncirlənməsidir.
Günahkarlar ya günahkarlarla, ya şeytanlarla bir-birinə zəncirlənər. Onların əllərinin, ayaqlarının, boyunlarının bir-birinə zəncirlənməsi də nəzərdə tutula bilər.
Bildirişlər
1. Quran Qiyaməti elə təsvir edir ki, sanki bu səhnə gözlərimiz önündə qurulmuşdur.
2. Günahkarlar göz qarşısında cəzalanır.
3. Əməllərimizə təcəssüm gözü ilə baxsaq, bəlkə də açıq-saçıq şəhvət yaradan libasların pis qoxulu, qaynar libaslara çevriləcəyi nəticəsinə gələrik.