Əsas məzmuna keç

Əl-İsra surəsi - 11-cü Ayə

Surə 17
Ayə 11

Azərbaycan dilində tərcümə

İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir).
Əl-İsra surəsi , 11-cü ayə
Əl-İsra surəsi 11-cü ayə
Tam Surə

Əl-İsra surəsi 11-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 11

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"(Tələskən və nadan) insan xeyir istədiyi kimi şər də istəyir. İnsan daim tələsəndir.”
Nöqtələr
Quranda insanın tələskənliyinə və şər istəməsinə dəfələrlə işarə olunmuşdur: "Səndən dərhal əzab istəyərlər.”("Bihar”, c. 17, s. 340 ) Digər bir ayədə kafirlərin dilindən deyilir: "Pərvərdigara, əgər din haqdırsa, səmadan başımıza daş yağdır.” ("Kəhf”, 49 )Bu tələskənliklər cəhalət, inadkarlıq və təəssübdən qaynaqlanır.
Möhtərəm Peyğəmbər (s) buyurur: "İnsanın bir çox çətinliklərinin səbəbi onun tələskənliyidir.”("Kəhf”, 49 )
Bildirişlər
1. İnsanın düşüncə və əməlinin bəlalarından biri tələskənlikdir.
2. İnsan fitrətən xeyirə meyillidir. Ayədə insanın şər istəyinin bir istək olaraq xeyir istəyinə bənzədilməsi bir daha onun əslində xeyirə meyilli olduğunu göstərir.
3. Quranın möhkəm hidayətinə (doğru yol göstərişinə) yol tapmayanlar tələsik halda şər sorağınca gedəcəklər.
4. İnsanın daxilində bir tələskənlik var, amma bu tələskənlikdən düzgün istifadə yerini öyrənməliyik.