NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 13
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Hər bir insanın əməl naməsini onun boynundan asmışıq. Qiyamət günü çıxaracağımız yazını qarşısında açılmış görər.”
Nöqtələr
Ayədəki "tair” sözü insanın əməlinə işarədir. Çünki əməllər quş tək pərvaz edib sahibinə çatar, hər bir insanın xeyir və şərdən ibarət əməl naməsi onun boynundan asılar.
Quranda əməl naməsinə bir neçə dəfə işarə olunmuşdur. O cümlədən:
1. "Əməl naməsi hamı üçündür.”
2. "Həmin namədə bir şey ötürülməmişdir.”("İsra”, 14 )
3. "Günahkarlar ondan qorxar.” (Əl-Haqqə”, 19 )
4. İnsan öz əməl naməsini oxumaqla özünü mühakimə edər.("Təfsiri-Nurus-Səqəleyn” )
5. "Nicat tapanların kitabı sağ, cəhənnəm əhlinin kitabı onların sol əlinə verilər.”("Təfsiri-Kəbir”)
Bildirişlər
1. Hesab-kitab hamı üçündür və kimsə istisna olunmayıb.
2. Bütün insanlar əməl namələri ilə birlikdə məhşərdə dayandırılarlar.
3. İnsanın əməli ondan ayrılmaz.
4. İnsanın xoşbəxtliyi və bədbəxtliyi onun əməllərindən asılıdır. Bu istiqamətdə bəxt kimi amillər rol oynamır.
5. Allah insanın bütün əməllərindən xəbərdardır. Əməl naməsinin boyundan asılmasında məqsəd onun insanın özünə anlatmaqdır.
6. İnsanın bütün əməl və hərəkətləri qeyd olunar. İnsan dünyada əməllərinin qeydə alındığını hiss etməsə də, qiyamətdə əməl naməsi açılar və gizli işlər ifşa olunar.