NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 111
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"De ki, həmd-sitayiş özünə övlad götürməmiş, hökmündə şərik olmayan, zəifliyinə görə yardımçı tutmayan Allaha aiddir. Onu layiqincə böyük tut.”
Nöqtələr
Bu surə Allaha təsbihlə (həmd-səna ilə) başlayır, həmd və təkbirlə başa çatır. Necə ki, "Muminun” surəsi möminlərin qurtuluş xəbəri ilə başlayır, kafirlərin həlakı xəbəri ilə başa çatır.
Rəvayətlərdə bildirilir ki, bu ayənin tilavəti borcun ödənməsində, şəkk-şübhədən qurtarmaqda, yoxsulluqdan və xəstəlikdən uzaq olmaqda təsirlidir.
Allahın övlad götürməməsi ilə bağlı bəyanat yəhudilərə və məsihilərə ünvanlanmışdır. Qüreyşilərin qarşısında Allahın şəriksiz, məcusilər və ulduzpərəstlər qarşısında onun yardımçısız olması bəyan olunur("Təfsire-tibyan”. )
Bildirişlər
1. Allaha necə sitayiş etməyi Onun özündən öyrənək.
2. Allah ehtiyacsız olduğu üçün sitayiş Ona məxsus sayılır.
3. Allahın əzəmət və böyüklüyünü xüsusi əzəmət sayaq və Onu mütləq ehtiyacsız tanıyaq.