Əsas məzmuna keç

Əl-İsra surəsi - 109-cu Ayə

Surə 17
Ayə 109

Azərbaycan dilində tərcümə

(Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Qur’anı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.
Tam Surə

Əl-İsra surəsi 109-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 109

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Ağlayaraq üzü üstə (səcdəyə) düşərlər və mütilikləri daim artar.”
Nöqtələr
"Yəxirrunə” təbirinin təkrarlanmasının bir neçə səbəbi ola bilər: onların səcdəsinin təkrarına görə, uyğun kamilliyi dəyərləndirməyə xatir, birinci mərhələdə Tövrat və İncilin vədinə çataraq Quran ayələrinə mərifət üçün səcdə, ikinci mərhələdə mütilik ruhiyyəsinə görə səcdə.
Tövrat və İncildə son Peyğəmbərin (s) gəlişi ilə bağlı dəfələrlə vəd verilmişdir. Ayədə işarə olunur ki, kitab əhlindən bəziləri ilahi vədin gerçəkləşməsini görüb Allaha təsbih deyir, müti halda səcdəyə düşürdülər.
Bildirişlər
1. Yaxşı insanların və möminlərin danışıq və rəftarlarının təkrar bəyanı başqalarının tərbiyəsinə müsbət təsir göstərir.
2. Alimlər Allahı istənilən növ eybdən pak sayırlar. (Allahı nöqsanlı saymaq cəhalətdən qaynaqlanan əqidədir.)
3. Quran tilavəti bəzilərinə bir neçə baxımdan təsir göstərir: əməl, bəyan və qəlb.
4. Quran tilavəti insanı daim yüksəldir.
5. Mərifət və mütiliyin məhdudiyyəti yoxdur. İnsanın mərifəti, həqiqətlə tanışlığı artdıqca onun mütiliyi də artır.
6. İbadət və səcdə halında ağlamaq dəyərlidir.
7. Səcdədə Allah zikri səcdənin dəyərini göstərir.
8. Göz yaşı elmin bərəkət və təsirlərindəndir.
9. Bir anlıq yox, daimi göz yaşı dəyərlidir.