Əsas məzmuna keç

Əl-İsra surəsi - 25-ci Ayə

Surə 17
Ayə 25

Azərbaycan dilində tərcümə

Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır.
Əl-İsra surəsi , 25-ci ayə
Əl-İsra surəsi 25-ci ayə
Tam Surə

Əl-İsra surəsi 25-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 25

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Rəbbiniz içinizdə olanları hamıdan yaxşı bilir. Əgər saleh olsanız, şübhəsiz, O, tövbə edənləri bağışlayandır.”
Bildirişlər
1. Agahlıq Allahın rübubiyyət şənindəndir.
2. Bütün işlərdə və valideynə xidmətdə niyyətlərimiz Allaha bəllidir.
3. Səlahiyyət qəlbə, iç məqsədlərə aiddir.
4. Qəlb və batin saf və saleh olan yerdə tövbə qapısı açıqdır.
5. Ardıcıl yalvarış, ah-nalə ilə tövbə edək.
6. Allah bağışlayandır. Amma ilahi bağışlanma nemətindən faydalanmaq üçün tövbə şərtdir.
7. Əgər nadanlıq səbəbindən valideynlə pis rəftar etsək, tövbə qılmaqla Allahın mərhəmətini əldə edə bilərik.
8. Əfv və bəxşiş Allahın rübubiyyət şənindəndir.
9. Salehlik nişanələrindən biri tövbədir.
10. Bəzən saleh insanlar da büdrəyir. Bu sayaq nöqsanları tövbə ilə aradan qaldırmaq lazımdır.