Əsas məzmuna keç

Əl-İsra surəsi - 48-ci Ayə

Surə 17
Ayə 48

Azərbaycan dilində tərcümə

Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.
Əl-İsra surəsi , 48-ci ayə
Əl-İsra surəsi 48-ci ayə
Tam Surə

Əl-İsra surəsi 48-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 48

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"(Ey peyğəmbər!) Bax gör ki, sənin üçün necə misallar çəkdilər və nəticədə yollarını azdılar. Onlar haqq yolu tapa bilməzlər.”
Bildirişlər
1. Peyğəmbər, dini rəhbərlər və möminlər düşmənin təbliğat üsulundan xəbərdar olmalıdırlar.
2. Həm haqqın sübutu, həm də həqiqətlərin solğun göstərilməsi üçün misal və təmsildən istifadə etmək olar.
3. Dinə qarşı məntiqlə çıxış edə bilməyənlər müxtəlif misallarla peyğəmbəri təhqir edirlər.
4. İlahi rəhbərə qarşı alçaldıcı hərəkət azğınlıq amilidir.
5. İnsanlar azğınlıq girdabına tədricən yuvarlanırlar. Öncə pis danışıq və yersiz məsəllər, sonra azğınlıq, daha sonra isə çıxılmaz vəziyyət.
6. Küfrün sonu yoxdur. Kafirlər müxtəlif böhtanlardan, yersiz məsələlərdən istifadə etsələr də, yenə müvəffəqiyyət qazanmadılar.