NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Bir-birləri ilə pıçıldaşıb, "siz yalnız ovsunlanmış birinə tabe olursunuz” deyən zaman onların səni nə üçün dinlədiklərini Biz daha yaxşı bilirik.”
Nöqtələr
Təfsirlərdə bildirilir ki, küfr başçıları bir-birindən xəbərsiz məxfi şəkildə Peyğəmbərin (s) evinin ətrafına toplanıb Quranı dinləyir və sonra təhlil edirdilər. Bəzən qaranlıqda bir-birləri ilə toqquşur və qarşı tərəfi məzəmmət edirdilər ki, əgər biz Məhəmmədin avazından uzaq dayana bilmiriksə, xalq nə etsin!
Bu ayədə Peyğəmbərə (s) təsəlli verilir ki, kafirlərin hörmətsizliyi onu pərişan etməsin. Çünki Allaha hər şey aydındır.
Bildirişlər
1. Allah xalqın məqsədlərindən xəbərdardır.
2. İnsan pis niyyətlə də dinləyə bilər.
3. Həqiqi təbliğatçı xalqın böhtanlarına görə geri çəkilməməlidir. O, Allahın nəzəri altında olduğunu düşünüb təsəlli tapmalıdır.
4. Düşmənlər xalqın ilahi rəhbərlərə meylini gördüklərindən onlara böhtan və yalanla zərbə vururlar.