Əsas məzmuna keç

Əl-İsra surəsi - 51-ci Ayə

Surə 17
Ayə 51

Azərbaycan dilində tərcümə

ya zehinlərinizdə (möhkəmlik və həyat qəbul etməmək baxımından) böyük görünən hər hansı bir məxluq (Allah ona yenə ruh verib dirildəcəkdir). Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!» Onda dərhal (təəccüb və istehza ilə) başlarını sənə tərəf (uzadıb) bulayar və «bu (dirilmə) nə vaxt olacaqdır?» deyərlər. De: «Ümid var ki, yaxın olsun.»
Əl-İsra surəsi , 51-ci ayə
Əl-İsra surəsi 51-ci ayə
Tam Surə

Əl-İsra surəsi 51-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 51

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Ya da nəzərinizdə ondan möhkəm olan bir məxluq ola (yenə Allah sizi ikinci dəfə dirildə bilər). Onlar tezliklə deyəcəklər: "Kim bizi yenidən qaytarar?” De ki, sizi ilk dəfə yaradan kəs. Tezliklə (təəccüb içində) başlarını sənə doğru tərpədib deyərlər: "O gün nə vaxt olacaq?” De ki, bəlkə də, yaxın vaxt!”
Nöqtələr
İnsan ölümdən sonra çürüyüb torpaq olsa da, torpaq həyat qaynağıdır. Bitkilər torpaqdan göyərir, torpaqda inkişaf edən mövcudlar var. Demək, ölüləri torpaqdan diriltmək Allah-təala üçün çətin deyil. Siz torpaq yox, daş və dəmir olsanız belə, yenə Allah həyatdan uzaq olan bu tərkiblərdən sizi dirildəcək.
Məadı inkar edənlərin heç bir dəlili yoxdur. Onlar yalnız soruşurlar ki, bizi kim, nə vaxt və necə dirildəcək? Quran belə cavab verir ki, sizi öncə heçdən yaradan Allah yenidən diriltmək qüdrətinə malikdir. Bu vəd bir o qədər də gec yox, bəlkə də, tezliklə gerçəkləşər!
Bildirişlər
1. Peyğəmbərə (s) sualları, şübhələri və iradları cavablandırmaq əmr olunub.
2. Ölüləri - daşa və dəmirə dönmüş olsalar belə - diriltmək Allah üçün asandır.
3. Məad cismanidir.
4. Bir çox şeylər bizim düşüncə və qəlbimizdə böyük görünür. Amma əslində onlar böyük deyil.
5. Allahın qüdrətindən xəbərsizlik məadın inkarına səbəb olur.
6. İnadkar insanlar dəlil eşitdikdə belə istehza və inkar səbəbindən başlarını yırğalayırlar.
7. Dünya həyatı axirətlə müqayisədə qısadır. Hər bir insan ölüm və qiyaməti yaxın bilməlidir.