NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 6
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Sonra savaşı sizin xeyrinizə və onların əleyhinə döndərərik, sizə var-dövlət və övladlarla yardım göstərərik, sayınızı artırarıq.”
Nöqtələr
Ayənin zahirindən belə anlaşılır ki, Allah Bəni-İsrailin fəsadından və məğlubiyyətindən sonra onlara yenidən sərmayə və övlad verdi. Amma ötən ayədə adı çəkilənlər də nəzərdə tutula bilər. Yəni cəngavər bəndələrə iki lütf olunar: Bəni-İsrail təcavüzkarlarının tar-mar edilməsi və onların qüdrət və hakimiyyətə çatdırılması.
Bildirişlər
1. Möhlət vermək, yenidən sərmayə və övlad əta etməklə imtahana çəkmək ilahi sünnələrdəndir.
2. Sərmayə və canlı qüvvə qüdrət və hakimiyyət vasitəsidir.
3. İlahi lütf həm tövbə etmiş günahkarlara, həm də cəzalandırılmış günahkarlara aid ola bilər.
4. Cəmiyyətin çoxluğu ilahi nemətlərdəndir.