NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"İlk fitnə vədi yetişdiyi vaxt qüvvəli və cəngavər qullarımızdan bir dəstəsini (sizi yerinizdə oturtmaq üçün) ayağa qaldırarıq. Evlərinizin içini axtararlar (ki, fitnəkarları tapıb cəzalandırsınlar). Bu, qəti bir vəddir.”
Nöqtələr
Quran Bəni-İsraildən olan fəsadçıların kimin tərəfindən məhv ediləcəyini bildirmir. Amma təfsirlərdə qeyd olunur ki, nəzərdə tutulan Buxtun-Nəsr, Talut, Rum padşahı, Hitler və başqalarıdır. Amma bu açıqlamalar qiyamət və peyğəmbərlərin besətinə münasibətdə işlədilmiş "bəəsna” ("ayağa qaldırarıq”) müqəddəs sözünə uyğun gəlmir. Ola bilsin ki, nəzərdə tutulan məsələ gələcəyə aiddir.
Bildirişlər
1. Tüğyançı təkəbbürlülərin məhvi ilahi sünnələrdəndir.
2. İlahi vədlərin gerçəkləşməsi cihad vədinin öhdədən götürülməsi mənasında deyil.
3. Cihad və zalım qüvvələrlə mübarizə təkcə İslama aid deyil.
4. Əl üstə çox əl var. Bəni-İsrail tüğyan qopardı, Allah da onlardan üstününü onlara hakim etdi.
5. Fitnəkarları öz yerində oturtmaq üçün güc hazırlığı, hətta ev-ev gəzmək bahasına onların rahatlığını əlindən almaq yaxşı bir işdir.
6. Səmavi vədlər hökmən yerinə yetəsidir.