Əsas məzmuna keç

Əl-Maidə surəsi - 10-cu Ayə

Surə 5
Ayə 10

Azərbaycan dilində tərcümə

Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər.
Əl-Maidə surəsi , 10-cu ayə
Əl-Maidə surəsi 10-cu ayə
Tam Surə

Əl-Maidə surəsi 10-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 10

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Küfr edib, Bizim ayələrimizi təkzib edənlər cəhənnəm əhlidirlər.”
Nöqtələr
Quranda bir neçə növ əcr, mükafatdan danışılır. 
Allahın vədləri dəyişməzdir. 
"Cəhim” atəşin şiddətlə şölələnməsi mənasını bildirir. İbrahimin əhvalatında nəql olunur ki, onu "cəhimə” atdılar. "Əshabul-cəhim” dedikdə isə daim cəhənnəmdə olanlar nəzərdə tutulur.
Bildirişlər
1. İman əməldən ayrı deyil.
2. İman və saleh əməl həm ötən səhvləri aradan qaldırır, həm də gələcəyi təmin edir.
3. İşin aqibətinə diqqət insanın çıxardığı qərarlarda mühüm rol oynayır.
4. Bağışlanma mükafata çatmanın müqəddiməsidir.
5. Kafirlərin və təkzib edənlərin cəzası əbədi cəhənnəmdir.
6. Təşviq əməl üçün stimuldur. Necə ki, hədələmə Quranın tərbiyə üsullarındandır.