Əsas məzmuna keç

Əl-Maidə surəsi - 105-ci Ayə

Surə 5
Ayə 105

Azərbaycan dilində tərcümə

Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.
Əl-Maidə surəsi , 105-ci ayə
Əl-Maidə surəsi 105-ci ayə
Tam Surə

Əl-Maidə surəsi 105-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 105

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025

"Ey iman gətirənlər! Özünüzü qoruyun. Çünki siz hidayət oldunuz. Yolunu azan isə sizə ziyan yetirməz. Sizin hamınızın qayıdışı Allaha doğrudur. O sizi etdiyiniz işlərdən agah edər.”

 

Nöqtələr
Bəziləri bu ayəni əldə alət edərək deyirlər: "İnsanın vəzifəsi özünü qorumaqdır və biz başqalarının günahına məsul deyilik.” Onların cavabında deməliyik ki, əmr be məruf və nəhy əz münkər haqqında danışan çoxsaylı ayə və rəvayətlərə əsasən, bu ayə əmr və qadağa yox, onların təsirinə aiddir. Yəni insan başqalarını yaxşılığa dəvət edib pisdən çəkindirməli və bu işlər təsir göstərmədikdə özünü qorumalıdır.  Onu da qeyd edək ki, əmr be məruf və nəhy əz münkər vasitəsi ilə cəmiyyətin günahdan qorunması insanın özünü qoruması nümunələrindəndir.
Bildirişlər
1. Haqq yolda təklikdən qorxmayaq.
2. Əgər başqaları ilə üzbəüz dayanmırıqsa, nəfsimizlə üzbəüz dayanaq.
3. Cəmiyyətin yolunu azması insan üçün günaha yol açmır.
4. Qiyamətdə hər kəs öz işinə cavabdehdir.
5. Başqalarındakı eybləri üzə çıxarmağa çalışmayaq. 
6. İnsan əvvəlcə özünü, sonra isə cəmiyyəti islah etməlidir.
7. İman əhli azğın adamların əməl və rəftarına görə cəzalandırılmayacaq.
8. Başqalarını xilas etmək naminə özünüzü qərq etməyin.
9. Özümüzü elə tərbiyə etməliyik ki, mühit və cəmiyyətdəki fəsadlar bizə təsir göstərməsin.
10. Büdrədikdə başqalarını qınamayaq. Özümüz büdrəməsək, kimsə kənardan bizə zərər vura bilməz.
11. Başqaları hidayət olmur deyə ruhdan düşməyin.
12. İslam yolu o qədər məntiqli və möhkəmdir ki, düşmənlərin şübhə və azğınlığı bu yola heç bir xələl gətirmir.
13. Azğınlar pusquda dayansa da, salamatçılıq yolu hidayəti qəbul etməkdir.
14. Məada iman insanın özünü islah etməsi amilidir.
15. Ata-babalara və başqalarına kor-koranə təqlid qiyamətdə kara gəlmir. Hər bir insan öz əməl və rəftarına görə cavab verəcək.
16. İnsanın dünyadakı rəftar və əməlləri onun qiyamət taleyini müəyyənləşdirir.