NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey kitab əhli! Həqiqətən, Bizim peyğəmbərimiz sizə doğru gəldi. (Səmavi) kitabdan bir çox şeyləri gizlətdiyiniz halda sizə bəyan edər və çox şeydən (hazırda ehtiyac olmayan sizin xilaflarınız və gizlətdiyiniz həqiqətlərdən) keçər. Şübhəsiz, Allah tərəfindən sizin üçün nur və aşkar kitab gəlmişdir.”
Nöqtələr
Gizlədilmiş məsələlərin bəyanı qeyb elminin nişanəsi və peyğəmbəri tanıma yollarından biridir.
Bildirişlər
1. İslam ümumbəşəri bir dindir və bütün dinləri haqqa çağırır.
2. İnsanları dəvət edərkən kitab əhlindən də məyus olmayaq.
3. Quransız dünya qaranlıqdır.
4. Tövrat və İncilin bəzi həqiqətləri gizlədilmişdir.
5. Haqqa dəvət üslublarından biri məsələləri zəruri həddə bəyan etməkdir.
6. Peyğəmbər və Quran çox əzəmətlidir. ("Nur” və "kitab” sözlərinin qeyri-müəyyən formada işlənməsi böyüklük və əzəmət nişanəsidir.)