NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 18
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yəhudilər və məsihilər dedilər: "Biz Allahın oğulları və (xüsusi) dostlarıyıq.” De ki, bəs nə üçün sizi günahlarınıza görə cəzalandırır? (Belə deyil,) siz də Onun məxluqlarından olan insanlardansınız. (Üstünlüyünüz yoxdur.) (Allah) istədiyini (layiqli bilsə) bağışlayar və istədiyinə əzab verər. Göylərin və yerin, onların ikisi arasında olanların hakimiyyəti Allahındır. Qayıdış və son yalnız Ona doğrudur.”
Nöqtələr
İslam peyğəmbəri yəhudilərdən bir dəstəsini İslama dəvət ediyi vaxt onlar dedilər: "Biz Allahın övladları və dostlarıyıq.” (Bu iddia Yuhanna İncilində, səkkizinci fəsil, 41-ci cümlədə bəyan olunmuşdur.)
Yəhudilər və məsihilər özlərini Allahın gerçək oğlanları yox, oğulluq şərəfinə malik kəslər kimi təsəvvür edirdilər.
Peyğəmbərlərin qətlə yetirilməsi, İslam peyğəmbərinin gəlişini bildirən müjdələrin gizlədilməsi, əhdin sındırılması, səmavi kitabların təhrifi, buzovpərəstlik, bəhanəçilik, qarınqululuq Bəni-İsrailin cinayətlərindəndir. Dağın yerindən qoparılması, qırx illik avaralıq, məsx və zillət ilahi cəza nümunələrindəndir.
Bildirişlər
1. İrqçilik, imtiyaz istəyi, yalnız özünü və mənsub olduğu firqəni haqlı bilmək qadağandır.
2. Heç bir fərd, qövm, millət və ümmət Allahın bağışlayacağına əmin olmamalıdır. Eləcə də, Allahın rəhmətindən məyus olmaq qadağandır.