Əsas məzmuna keç

Əl-Maidə surəsi - 26-cı Ayə

Surə 5
Ayə 26

Azərbaycan dilində tərcümə

(Allah) dedi: «Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma».
Əl-Maidə surəsi , 26-cı ayə
Əl-Maidə surəsi 26-cı ayə
Tam Surə

Əl-Maidə surəsi 26-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 26

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Allah Musaya) buyurdu: "Doğrudan da, o (müqəddəs yer) qırx ilədək onlara qadağan olundu. (Süstlük və müxalifətçiliklərinə xatir bu uzun müddəti) yer, üzündə avara qalacaqlar. Bu günahkar qövmə görə təəssüf etmə.”
Nöqtələr
"Tiyh” kökündən olan "yətihunə” sözü avaralıq mənasını bildirir. Sina səhrası, həmin qövmün avara qaldığı məhəl də belə adlanır. Onlar qırx il bu məntəqədə qalıb yer üzünün bərəkətindən məhrum oldular.
Bəni-İsrailin müxalifətçiliyi, ilahi qəzəb və onların səhrada avaralığı Tövratın "Sifre-Ədad” kitabının dördüncü fəslində bəyan olunmuşdur.
İmam Sadiq (ə) buyurmuşdur: "Allah həzrət Musanın göstərişinə qarşı çıxdıqları üçün Bəni-İsrailə və onların övladlarına Beytül-Müqəddəsə daxil olmağı qadağan etdi. Nəhayət, onların övladlarının övladları Beytül-müqəddəsə daxil olmağa müvəffəq oldular. (Yəni onların qadağaya düçar olmuş ata və atalarının övladları həyatda ikən müqəddəs əraziyə girmək mümkünsüz oldu.) 
Rəvayətdə oxuyuruq: Bəni-İsrailin başına gələnlərin oxşarı müsəlmanlar üçün də önə gələcək. 
Qırx rəqəmində bir rəmz var. Bu rəmzdə həm ilahi qəzəb, həm də ilahi lütf əks olunur. Həzrət Musa Tövratı almaq üçün qırx gecə Tur dağında qaldı. Yəhudilər də öz növbələrində qırx il avara qaldılar.
Bəzən yeni nəsil köhnə nəslin məhv edilməsi yolu ilə islah edilir. Musanın qədrini bilməyən Firon tərəfdarları dünyadan getməlidirlər ki, yeni nəsil azad fəzada, səhra həyatının çətinlikləri içində, səmavi rəhbərlərin sayəsində şəhər həyatının qədrini bilsinlər. Hədisdə nəql olunur ki, onlar Tih məntəqəsində dünyalarını dəyişdilər və onların övladları müqəddəs əraziyə daxil oldular.
Bildirişlər
1. Müharibədən fərariliyin cəzası məhrumiyyətdir.
2. Günahkarlıq müqabilində verilən cəzanın bir növü avaralıqdır.
3. Cəbhəyə getməyənlər və cəbhədən qaçanlar bəzi imkanlardan və nemətlərdən məhrum olmalıdırlar.
4. Peyğəmbərlər xalqa can yandırırlar.
5. Günahkarlara can yandırmayın. (Günahkarın tənbehi fərd və cəmiyyətin sağlamlığı üçün acı dərman kimidir.)