Əsas məzmuna keç

Əl-Maidə surəsi - 50-cu Ayə

Surə 5
Ayə 50

Azərbaycan dilində tərcümə

Bəs onlar cahiliyyət dövrünün hökmünü istəyirlər?! (Yaradılışın başlanğıc və sonuna) yəqinliyi olanlar üçün kimin hakimliyi Allahın hakimliyindən daha yaxşıdır?!
Əl-Maidə surəsi , 50-cu ayə
Əl-Maidə surəsi 50-cu ayə
Tam Surə

Əl-Maidə surəsi 50-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 50

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlar cahiliyyət hökmü istəyirlərmi? İman və yəqin əhli üçün kimin mühakiməsi Allahdan üstündür?!”
Nöqtələr
Ən üstün qanun odur ki, qanun verəndə növbəti şərtlər olsun: Hazırda və gələcəkdə varlığın və insanın bütün sirlərindən agah olsun; heç bir mənafe güdməsin; bilərəkdən və ya bilməyərəkdən heç bir nöqsana malik olmasın; heç bir qüdrətdən qorxmasın, hamıya xeyirxah olsun.
Bütün bu şərtlər yalnız Allah-təalada mövcuddur. Ona görə də Quranda buyurulur ki, Allahın hökmünə zidd bütün bəşər qanunları cahilanədir. (Çünki əksər bəşəri qanunlar nəfs istəklərindən, qorxudan, tamahdan, cəhalətdən, xatadan, xəyaldan və elmi məhdudluqdan amanda deyildir.)
Bildirişlər
1. Bəziləri (müşriklər, kitab əhli) həzrət Peyğəmbərin (s) cahiliyyət qanunları əsasında mühakimə yürütməsini istəyirdilər.
2. Günah insanı cahiliyyət mədəniyyətinə sövq edir.
3. İlahi qanunlar olan yerdə ondan üz döndərənlər və bəşər qanunları ardınca gedənlər cahiliyyət yolundadırlar.
4. Cahiliyyət bir dövrə aid olan hadisə deyil. İstənilən bir vaxtda xalq Allahdan ayrı düşərsə, həmin dövr cahiliyyət dövrü olar.
5. Ağıl və vicdan ən üstün hakimdir.
6. Yalnız bəşəri qanunlara göz dikənlər və onu kamil sayanlar öz iman və yəqinlərinə şəkk etsinlər.