Əsas məzmuna keç

Əl-Maidə surəsi - 57-ci Ayə

Surə 5
Ayə 57

Azərbaycan dilində tərcümə

Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə Allahdan qorxun.
Əl-Maidə surəsi , 57-ci ayə
Əl-Maidə surəsi 57-ci ayə
Tam Surə

Əl-Maidə surəsi 57-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 57

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Sizin dininizi məsxərəyə qoyub, oyun-oyuncaq sayanları, sizdən əvvəl kitab verilənləri, (eləcə də) kafirləri özünüzə rəhbər tutmayın. Əgər imanınız varsa, Allahdan çəkinin.”
Bildirişlər
1. Allahın dini və dini müqəddəsliklərin alçaldılmasının dünyəvi cəzası rabitələrin kəsilməsidir. (Başqaları ilə rabitədə müqəddəsliklərə ehtiram zəruri bir şərtdir.)
2. Dini qeyrət və alçaq insanlardan uzaqlıq iman şərtidir.
3. (Soyuq və psixoloji müharibə ilə) dinə istehza düşmənlərin mübarizə üsullarındandır.
4. İlahi təqva zəruri edir ki, düşmənlərdən qorxmayaq, onları özümüzə rəhbər seçməyək.