Əsas məzmuna keç

Əl-Maidə surəsi - 65-ci Ayə

Surə 5
Ayə 65

Azərbaycan dilində tərcümə

Əgər kitab əhli (İslama) iman gətirsəydi və təqvalı olsaydılar, şübhəsiz, onların günahlarını təmizləyər və onları neməti bol olan Cənnətlərə daxil edərdik.
Əl-Maidə surəsi , 65-ci ayə
Əl-Maidə surəsi 65-ci ayə
Tam Surə

Əl-Maidə surəsi 65-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 65

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər kitab əhli (yəhudilər və məsihilər) iman gətirib təqva yolunu seçsələr, hökmən Biz onların günahlarını bağışlayarıq və onları behişt nemətləri ilə dolu bağlara daxil edərik.”
Bildirişlər
1. Kitab əhli peyğəmbər əsrində imansız və təqvasız bir xalq idi.
2. İmansızlıq və təqvasızlıq azğınlıqların cəzasıdır və keçmişdəki işləri məhv edir. 
3.Təqvasız iman səmərəsizdir.
4. İlahi lütfləri əldə etmək üçün ilk öncə günahlardan paklanmaq lazımdır.
5. Allahın bağışlamadan əlavə lütfü də var.