Əsas məzmuna keç

Əl-Maidə surəsi - 70-cu Ayə

Surə 5
Ayə 70

Azərbaycan dilində tərcümə

Həqiqətən, Biz İsrail övladlarından (tovhid və peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq və onlara peyğəmbərlər göndərdik. Nə vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər.
Əl-Maidə surəsi , 70-cu ayə
Əl-Maidə surəsi 70-cu ayə
Tam Surə

Əl-Maidə surəsi 70-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 70

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, Biz Bəni-İsraildən əhd aldıq və onlara peyğəmbərlər göndərdik. (Amma) hər vaxt bir peyğəmbər onlar üçün könüllərincə olmayan söz və bildiriş gətirdi, bir dəstəni təkzib edib, digər bir dəstəni öldürdülər.”
Nöqtələr
Ayədə «Bəni-İsraildən alınmış əhd» dedikdə əvvəlki ayənin mahiyyəti, yəni Allaha, məada iman və saleh əməl nəzərdə tutula bilər. Eləcə də, bu ayənin özündə "rusulən” sözü ilə bəyan olunan peyğəmbərlərə itaət nəzərdə tutula bilər. Başqa bir halda "Bəqərə” surəsinin 93-cü, "Ali-İmran” surəsinin 81-ci ayələrində haqqında danışılan bildirişdən söhbət gedə bilər. Yəni əsas mövzu Allahın nazil etdiyinə əməldir.
Əvvəlki ayədə dedik ki, səmavi dinə bağlılıq təklikdə kifayət etmir, iman və saleh əməl də lazımdır. Bu ayə əvvəlki ayəni açıqlayaraq Bəni-İsrailin səmavi dinə bağlı olduğu halda hansı əməllərə uğradığından danışır.
Surə "əhdlərə vəfa edin” cümləsi ilə başlandığından, 67-ci ayədə Qədir-Xum əhvalatı bəyan olunduğundan, bu ayədə əhdi pozma, övliyaların qətlə yetirmə və onları təkzib etmə zikr edildiyindən bütün bu ayələr ibrət və xəbərdarlıq ola bilər. Eləcə də, Bəni-İsrailin vəziyyətinin ifşası ilə müşayiət olunan bu xəbərdarlıqlar diqqəti Qədir-Xum bəyanatına yönəldir.
Bildirişlər
1. Bəni-İsrailin həzrət Musadan başqa da peyğəmbərləri vardı.
2. Peyğəmbərlərin yolu nəfsani meyllər yolu deyil.
3. Peyğəmbərlərin inkarı və qətlə yetirilməsinin kökü Bəni-İsrailin nəfs istəkləri idi.
4. Əhdə vəfasızlıq, peyğəmbərlərin qətli, təkzib və inadkarlıq Bəni-İsrailin sifətlərindəndir.
5. Günahkar cəmiyyətdə ilahi insanların ya şəxsiyyətləri, ya da özləri terror olunur.
6. Peyğəmbərlər Allah yolunda canlarından keçmişlər.