Əsas məzmuna keç

Əl-Maidə surəsi - 74-cü Ayə

Surə 5
Ayə 74

Azərbaycan dilində tərcümə

Bəs nə üçün onlar, Allah çox bağışlayan və mehriban olduğu halda, Allaha tərəf qayıtmır və Ondan bağışlanmaq diləmirlər?.
Əl-Maidə surəsi , 74-cü ayə
Əl-Maidə surəsi 74-cü ayə
Tam Surə

Əl-Maidə surəsi 74-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 74

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Məgər tövbə edib, Ondan bağışlanma diləməzlərmi? Halbuki Allah bağışlayan və mehribandır.”
Bildirişlər
1. Azğın əqidələrdən tövbə edilməlidir.
2. Azğınları əfv və ilahi rəhmət haqqında danışmaqla doğru yola dəvət edin.
3. Tövbə və tövhidə etiqadla hətta küfr və şirk də bağışlanır.
4. Allah həm keçmişi bağışlayır, həm də rəhmətini nazil edir.
5. Ötən ayədə əzab haqqında danışmaqla yanaşı tövbə edənlərə münasibətdə rəhmət də yada salındı.