Əsas məzmuna keç

Məryəm surəsi - 11-cü Ayə

Surə 19
Ayə 11

Azərbaycan dilində tərcümə

Beləliklə o, mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. Və onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb).
Məryəm surəsi , 11-cü ayə
Məryəm surəsi 11-cü ayə
Tam Surə

Məryəm surəsi 11-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 11

MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"(Zəkəriyya) ibadət mehrabından xalqın qarşısına çıxıb onlara işarə etdi ki, səhər-axşam Allaha təsbih deyin.”
Nöqtələr
"Bukrə” dedikdə fəcr tülusundan günəş tülusunadək olan vaxt nəzərdə tutulur. "Əşiyyən” sözü isə ya günorta ilə qürub arasındakı fasilə və ya günün sonu mənasını bildirir.
"Mihrab” dedikdə məsciddəki mehrab nəzərdə tutulur. Bu ibadət məhəllində insanın diqqətini həqiqətdən yayındıran şeytan və onun vəsvəsələri ilə mübarizə getdiyindən onu mehrab adlandırmışlar. Ola bilsin ki, Bəni-İsrailə aid mehrablar dedikdə xalqın ibadət üçün seçdiyi məscidlər nəzərdə tutulmuşdur.
Təbərsi və Fəxri-Razinin nəzərincə, bu ayədəki təsbih sözü namaza işarədir. Çünki namaz təsbih üzərində qurulmuşdur.
Bildirişlər
1. Təbliğçinin həmyerli olması önəmlidir.
2. İlahi insanlar ibadət üçün xüsusi yer seçirlər.
3. Xalqı ibadətə çağıran insan özü də ibadət əhli olmalıdır.
4. Hər bir vasitə ilə təbliğ etmək lazımdır. (Zəkəriyyanın dili tutulduğu vaxt işarə ilə xalqı Allaha təsbihə çağırır.)
5. Peyğəmbərlərin vəzifəsi xalqı ibadətə dəvət etməkdir.
6. Qoca kişinin sonsuz qadından övlad sahibi olması Allahın bütün əskikliklərdən və zəifliklərdən pak olduğunu göstərir.
7. İbadət müvəqqəti yox, daimi olduqda dəyərlidir.