Əsas məzmuna keç
Menu
Qonaq

0 xal

Məryəm surəsi

Məryəm surəsi Ayələri

Toplam 98 ayə • Məkkəvi sürəsi

Tam tərcümə
1

Məryəm surəsi Ayə 1

Quran-ı Kərim

Kaf Ha Ya Ayn Sad. (Mən kifayət edən, hidayət edən, ixtiyar sahibi, alim və vədi doğru olanam. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında rəmzlərdir. Bu kitab həmin hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
Link
Ayə 1
2

Məryəm surəsi Ayə 2

Quran-ı Kərim

(Bu surə) Sənin Rəbbinin bəndəsi Zəkəriyyaya (olan) mərhəmətinin xatırlanmasıdır.
Link
Ayə 2
3

Məryəm surəsi Ayə 3

Quran-ı Kərim

O, gizli səslə Öz Rəbbini səsləyən zaman.
Link
Ayə 3
4

Məryəm surəsi Ayə 4

Quran-ı Kərim

Dedi: Ey Rəbbim, həqiqətən (bədənimdəki) sümüklərim süstləşib və baş da (başımın tükü də) qocalıqdan (ağarıb) parıldayır. Ey Rəbbim, duamda heç vaxt Səndən (dilədiyimi almaqdan) məhrum olmamışam [və ya: Ey Rəbbim heç vaxt Sənin dəvət və əmrində itaətsiz olmamışam].
Link
Ayə 4
5

Məryəm surəsi Ayə 5

Quran-ı Kərim

Mən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram və zövcəm də əvvəldən qısır olub. Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et.
Link
Ayə 5
6

Məryəm surəsi Ayə 6

Quran-ı Kərim

(Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun. Və ey mənim Rəbbim, onu (mənəvi kamilliklər baxımından) bəyənilən et!
Link
Ayə 6
7

Məryəm surəsi Ayə 7

Quran-ı Kərim

(Ona xitab etdik ki:) Ey Zəkəriyya, Biz sənə adı Yəhya olan bir oğlanın müjdəsini veririk ki, bundan öncə (heç kəsi) ona adaş (və ya insani kamilliklər baxımından ona bənzər) etməmişik.
Link
Ayə 7
8

Məryəm surəsi Ayə 8

Quran-ı Kərim

(Zəkəriyya) dedi: Ey Rəbbim, zövcəm əvvəldən qısır olduğu və özüm də qocalıb əldən düşdüyüm halda mənim necə övladım ola bilər?
Link
Ayə 8
9

Məryəm surəsi Ayə 9

Quran-ı Kərim

(Vəhy mələyi) dedi: «Elədir, (lakin) Rəbbin «bu iş Mənim üçün asandır və həqiqətən səni bundan əvvəl (heç) bir şey olmadığın halda yaratdım» buyurmuşdur.
Link
Ayə 9
10

Məryəm surəsi Ayə 10

Quran-ı Kərim

(Zəkəriyya) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver.» Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən.» (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.)
Link
Ayə 10
11

Məryəm surəsi Ayə 11

Quran-ı Kərim

Beləliklə o, mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. Və onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb).
Link
Ayə 11
12

Məryəm surəsi Ayə 12

Quran-ı Kərim

(Beləliklə ona Yəhyanı əta etdik və dedik:) Ey Yəhya, kitabı (Tövratı və ya bütün keçmiş səma kitablarını) qüvvətlə (və onların mənalarını başa düşmək qüdrəti ilə) tut! Və Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik.
Link
Ayə 12
13

Məryəm surəsi Ayə 13

Quran-ı Kərim

(Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. Və o, təqvalı (öz yaşı çərçivəsində bütün bihudə və puç işlərdən çəkinən) idi.
Link
Ayə 13
14

Məryəm surəsi Ayə 14

Quran-ı Kərim

Həmçinin ata-anasına yaxşılıq edən idi və əsla təkəbbürlü, məğrur və itaətsiz deyildi.
Link
Ayə 14
15

Məryəm surəsi Ayə 15

Quran-ı Kərim

Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq.
Link
Ayə 15
16

Məryəm surəsi Ayə 16

Quran-ı Kərim

(Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal.
Link
Ayə 16
17

Məryəm surəsi Ayə 17

Quran-ı Kərim

Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda
Link
Ayə 17
18

Məryəm surəsi Ayə 18

Quran-ı Kərim

Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.
Link
Ayə 18
19

Məryəm surəsi Ayə 19

Quran-ı Kərim

Dedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.
Link
Ayə 19
20

Məryəm surəsi Ayə 20

Quran-ı Kərim

Dedi: Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?
Link
Ayə 20
21

Məryəm surəsi Ayə 21

Quran-ı Kərim

Dedi: «Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır (və istəyirik ki, bəzi məsləhət olan işləri gerçəkləşdirək) və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.
Link
Ayə 21
22

Məryəm surəsi Ayə 22

Quran-ı Kərim

(Ruh mələyi Məryəmə üfürdü,) beləliklə o, (dərhal) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi.
Link
Ayə 22
23

Məryəm surəsi Ayə 23

Quran-ı Kərim

Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım.
Link
Ayə 23
24

Məryəm surəsi Ayə 24

Quran-ı Kərim

Beləliklə (birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən Allah ayağının altında axar arx (və möhtərəm övlad) qoyub.
Link
Ayə 24
25

Məryəm surəsi Ayə 25

Quran-ı Kərim

Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.
Link
Ayə 25
26

Məryəm surəsi Ayə 26

Quran-ı Kərim

Beləliklə (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən mən Rəhman olan Allah üçün (sükut) oruc (u) nəzir etmişəm, buna görə də bu gün bir insanla danşmayacağam» de.
Link
Ayə 26
27

Məryəm surəsi Ayə 27

Quran-ı Kərim

(Məryəm) onu (uşağı) qucağında tayfasının yanına gətirdi. Onlar dedilər: Ey Məryəm, sən doğrudan da təəccüblü və xoşagəlməz bir iş görmüsən.
Link
Ayə 27
28

Məryəm surəsi Ayə 28

Quran-ı Kərim

Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub.
Link
Ayə 28
29

Məryəm surəsi Ayə 29

Quran-ı Kərim

(Məryəm) ona (uşağa) tərəf işarə etdi (ki, ondan soruşun). Dedilər: Beşikdə olan körpə uşaqla necə danışaq?!
Link
Ayə 29
30

Məryəm surəsi Ayə 30

Quran-ı Kərim

(Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.
Link
Ayə 30
31

Məryəm surəsi Ayə 31

Quran-ı Kərim

Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.
Link
Ayə 31
32

Məryəm surəsi Ayə 32

Quran-ı Kərim

Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib.
Link
Ayə 32
33

Məryəm surəsi Ayə 33

Quran-ı Kərim

Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam.
Link
Ayə 33
34

Məryəm surəsi Ayə 34

Quran-ı Kərim

(Dünyaya gəlməsi və sifətləri deyilən) bu (insan) İsa ibn Məryəm – (yəhudilərin sehrbaz, xaçpərəstlərin isə Allahın oğlu adlandırıb) barəsində tərəddüddə olduqları (həmin) o haqq kəlmədir.
Link
Ayə 34
35

Məryəm surəsi Ayə 35

Quran-ı Kərim

Allaha övlad götürmək yaraşmaz (bu, ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O, (qadın və övlada möhtac olmaqdan) pakdır. (Çünki) bir işin olmasını qəti istəyəndə ona «ol!» deyən kimi olur.
Link
Ayə 35
36

Məryəm surəsi Ayə 36

Quran-ı Kərim

(İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!
Link
Ayə 36
37

Məryəm surəsi Ayə 37

Quran-ı Kərim

Beləliklə onların arasından dəstələr (xaçpərəstlər onun barəsində) ixtilafa düşdülər (bəziləri onun Allah olmasını, bəziləri isə Allahın oğlu olmasını iddia etdilər). Buna görə də vay (onun barəsində ifrata varmaqla) küfr etmiş kəslərin böyük gündəki halına!
Link
Ayə 37
38

Məryəm surəsi Ayə 38

Quran-ı Kərim

Onlar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyri olmayacaqdır).
Link
Ayə 38
39

Məryəm surəsi Ayə 39

Quran-ı Kərim

(Ya Peyğəmbər!) Onları (hamını əhatə edəcək) peşmançılıq günü ilə (pislərin günahlarının peşmançılığını, yaxşıların isə itaətlərinin azlığının peşmançılığını çəkəcəkləri bir günlə) qorxut. O zamanla ki, (hesab və mühakimə) iş(i) bitər, lakin onlar qəflətdə olarlar və iman gətirməzlər.
Link
Ayə 39
40

Məryəm surəsi Ayə 40

Quran-ı Kərim

Şübhəsiz, yerin və onun üzərində olanların varisi Biz Özümüz olacağıq (onun əhlini məhv edəcək və Özümüz qalacağıq). Və Qiyamət günü hamı Bizə tərəf qaytarılacaqdır.
Link
Ayə 40
41

Məryəm surəsi Ayə 41

Quran-ı Kərim

Və bu kitabda İbrahimi xatırla ki, o, çox doğruçu və (Allahın) peyğəmbər(i) idi.
Link
Ayə 41
42

Məryəm surəsi Ayə 42

Quran-ı Kərim

O zaman(ı) ki, öz atasına (onun başçısı olan əmisi Azərə) dedi: Ey ata, nə üçün eşitməyən, görməyən və səndən heç bir bəlanı dəf etməyən bir şeyə (bütlərə) ibadət edirsən?!
Link
Ayə 42
43

Məryəm surəsi Ayə 43

Quran-ı Kərim

Ey mənim atam, şübhəsiz, mənə (Haqq tərəfindən) sənə gəlməmiş bir elm gəlib. Buna görə də mənə tabe ol, səni doğru yola yönəldim.
Link
Ayə 43
44

Məryəm surəsi Ayə 44

Quran-ı Kərim

Ey mənim atam, Şeytana (tabe olmaqla ona) ibadət etmə. Çünki Şeytan Rəhman olan Allaha qarşı həmişə itaətsizdir.
Link
Ayə 44
45

Məryəm surəsi Ayə 45

Quran-ı Kərim

Ey mənim atam, həqiqətən mən Allah tərəfindən sənə bir əzab gəlməsindən və nəticədə sənin Şeytanın dost və yardımçısı olmağından (dünyada lənətə düçar olmağından, axirətdə isə Şeytanın oduna şərik olmağından) qorxuram.
Link
Ayə 45
46

Məryəm surəsi Ayə 46

Quran-ı Kərim

Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər (bu sözlərdən) çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!
Link
Ayə 46
47

Məryəm surəsi Ayə 47

Quran-ı Kərim

(İbrahim onun bu hədə-qorxusuna yumşaq cavab verərək) dedi: Salam olsun sənə. Mən tezliklə öz Rəbbimdən sənin bağışlanmağını istəyəcəyəm. Çünki O, mənə qarşı həmişə mehriban və çox xeyirxahdır.
Link
Ayə 47
48

Məryəm surəsi Ayə 48

Quran-ı Kərim

Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram.
Link
Ayə 48
49

Məryəm surəsi Ayə 49

Quran-ı Kərim

Elə ki, (İbrahim) onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşdı (və Şama tərəf getdi) ona (Bəni-İsrail peyğəmbərlərinin əcdadı olacaq oğlu) İshaqı və (nəvəsi) Yəqubu əta etdik və onların hər birini peyğəmbər etdik.
Link
Ayə 49
50

Məryəm surəsi Ayə 50

Quran-ı Kərim

Onların hamısına Öz rəhmətimizdən (səma kitabı, övlad və var-dövlət kimi digər nemətlərdən də) əta etdik və (bütün şəriətlərin davamçıları arasında) onlar üçün həqiqi və uca yaxşı ad qoyduq.
Link
Ayə 50
51

Məryəm surəsi Ayə 51

Quran-ı Kərim

Və bu kitabda Musanı (da) xatırla ki, o, (xüsusi ilahi tərbiyə vasitəsi ilə) saflaşmış, Allahın seçilmişi, (Haqqın) elçi(si) və (xalq üçün) xəbər gətirən idi.
Link
Ayə 51
52

Məryəm surəsi Ayə 52

Quran-ı Kərim

Onu Turun (Tur dağının) sağ tərəfindən səslədik və Özümüzə yaxın(lardan) etdik. O, Bizimlə münacat etdi, Biz də onunla münacat etdik.
Link
Ayə 52
53

Məryəm surəsi Ayə 53

Quran-ı Kərim

Və Öz rəhmətimizdən qardaşı Harunu peyğəmbər olaraq əta etdik.
Link
Ayə 53
54

Məryəm surəsi Ayə 54

Quran-ı Kərim

Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi.
Link
Ayə 54
55

Məryəm surəsi Ayə 55

Quran-ı Kərim

O, öz ailəsinə həmişə namaz (qılmağı) və zəkatı (zəkat verməyi) buyurardı və Rəbbinin yanında bəyənilən idi.
Link
Ayə 55
56

Məryəm surəsi Ayə 56

Quran-ı Kərim

Və bu kitabda (Nuhun ikinci babası) İdrisi xatırla ki, o, çox doğruçu və peyğəmbər idi.
Link
Ayə 56
57

Məryəm surəsi Ayə 57

Quran-ı Kərim

Biz onu yüksək məqam və dərəcəyə ucaltdıq (və onu göyə qaldırdıq).
Link
Ayə 57
58

Məryəm surəsi Ayə 58

Quran-ı Kərim

Bunlar (bu on peyğəmbər və Məryəm) Allahın peyğəmbərlərdən – Adəmin övladlarından, (İdrisdən başqa hamısı Nuhun) Nuh ilə birlikdə gəmiyə mindirdiyimiz (övladlarının nəslindən olan) kəslər(in nəslin)dən, (Bəni-İsrail peyğəmbərləri və Məryəm kimi) İbrahim və İsrailin övladlarından, hidayət etdiyimiz və seçdiyimiz şəxslərdən olan (peyğəmbərlərdən) nemət (peyğəmbərlik, din və səma kitabı) əta etdiyi kəslərdir. Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.
Link
Ayə 58
59

Məryəm surəsi Ayə 59

Quran-ı Kərim

Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər.
Link
Ayə 59
60

Məryəm surəsi Ayə 60

Quran-ı Kərim

Tövbə edən, iman gətirən və yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar Cənnətə daxil olacaq və heç bir zülm görməyəcəklər (və onların haqlarından heç nə kəsilməyəcəkdir).
Link
Ayə 60
61

Məryəm surəsi Ayə 61

Quran-ı Kərim

Rəhman olan Allahın, bəndələrinə görmədən (və ixtiyarlarından xaric halda) vəd etdiyi əbədi (Cənnət) bağlar(ına). Şübhəsiz, Onun vədi yerinə yetəndir.
Link
Ayə 61
62

Məryəm surəsi Ayə 62

Quran-ı Kərim

Onlar orada (mələklərdən və bir-birlərindən) salamdan başqa əsla boş və puç bir söz eşitməzlər və orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır.
Link
Ayə 62
63

Məryəm surəsi Ayə 63

Quran-ı Kərim

Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin Cənnətdir.
Link
Ayə 63
64

Məryəm surəsi Ayə 64

Quran-ı Kərim

(Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər bunun səbəbini soruşdu. Mələk dedi:) Biz (peyğəmbərlərə tədrici vəhyi gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır (həmçinin bizim, qarşımızdakı və arxamızdakı, eləcə də bunların ikisinin arasındakı zaman və məkanlar, bunların hamısı) Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və vəhyin gecikməsi məsləhətdir.) Sənin Rəbbin əsla unutqan deyil.
Link
Ayə 64
65

Məryəm surəsi Ayə 65

Quran-ı Kərim

O, göylərin, yerin və o ikisinin arasında olanların Rəbbi (sahibi və idarə edəni)dir. Buna görə də Ona ibadət et və Ona ibadətində dözümlü ol! Heç adda Ona tay olan («göylərin və yerin Rəbbi, Allah, vacibəl-vücud» olan başqa birisini) tanıyırsan?
Link
Ayə 65
66

Məryəm surəsi Ayə 66

Quran-ı Kərim

(Məadı inkar edən) insan həmişə «mən öləndə(n sonra) doğrudanmı tezliklə (torpağın altından) diri(ldilərək) çıxarılacağam?!» deyir.
Link
Ayə 66
67

Məryəm surəsi Ayə 67

Quran-ı Kərim

Məgər (bu) insan onu bundan qabaq həqiqətən (heç) bir şey olmadığı halda yaratmağımızı xatırlamır?
Link
Ayə 67
68

Məryəm surəsi Ayə 68

Quran-ı Kərim

Buna görə də and olsun Rəbbinə ki, şübhəsiz, onları şeytanları ilə (birlikdə Məhşər səhnəsinə) toplayacaq, sonra isə (əzabın çoxluğundan) diz çökdükləri halda dəstə-dəstə Cəhənnəmin dövrəsinə gətirəcəyik.
Link
Ayə 68
69

Məryəm surəsi Ayə 69

Quran-ı Kərim

Sonra hər bir millət və dəstənin arasından Rəhman olan Allaha qarşı itaətsizlik və üsyankarlıqları daha çox olanları (zalım başçı, pis alim və nemət içində yaşayan itaətsizləri) çəkib çıxaracağıq.
Link
Ayə 69
70

Məryəm surəsi Ayə 70

Quran-ı Kərim

Sonra Cəhənnəm əzabını dadmağa və onda yanmağa daha layiq olanların halını (onların Cəhənnəmə düşmələrinin səbəbini və yanmalarının necəliyini) Biz daha yaxşı bilirik.
Link
Ayə 70
71

Məryəm surəsi Ayə 71

Quran-ı Kərim

Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür.
Link
Ayə 71
72

Məryəm surəsi Ayə 72

Quran-ı Kərim

Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq.
Link
Ayə 72
73

Məryəm surəsi Ayə 73

Quran-ı Kərim

Bizim aşkar (tovhid) nişanələrimiz və (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer və məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət və təntənəsi baxımından daha gözəldir?!» deyərlər.
Link
Ayə 73
74

Məryəm surəsi Ayə 74

Quran-ı Kərim

Biz onlardan qabaqkı dövrlərin var-dövlət və (yaşayış) ləvazımat(ı), təmtəraq və mənzərələrin gözəlliyi baxımından bunlardan daha yaxşı olan neçə-neçə nəsillərini məhv etdik.
Link
Ayə 74
75

Məryəm surəsi Ayə 75

Quran-ı Kərim

De: Azğınlıq içində olan şəxsə (öz azğınlıq və bədbəxtliyini kamilləşdirmək üçün) müəyyən bir müddətədək, kömək etmək və möhlət vermək Rəhman olan Allahın öhdəsinədir. Nəhayət, vəd olunduqları şeyi – ya (dünyadakı qəfil) əzabı və ya Qiyamətin gəlməsini görəndə kimin yerinin daha pis və qoşununun daha zəif olduğunu başa düşəcəklər.
Link
Ayə 75
76

Məryəm surəsi Ayə 76

Quran-ı Kərim

Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır və əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər və saleh əməllər) Rəbbinin yanında (axirət) mükafat(ı) və nəticə baxımından daha yaxşıdır.
Link
Ayə 76
77

Məryəm surəsi Ayə 77

Quran-ı Kərim

Bizim (tovhid) nişanələrimizə və (kitabdakı) ayələrimizə kafir olub «(şirki seçməklə dünyada çoxlu sərvət və övlad əldə edirəm, əgər axirət olmuş olsa orda da) mənə mal və övlad veriləcəkdir» deyən kəsi gördünmü?!
Link
Ayə 77
78

Məryəm surəsi Ayə 78

Quran-ı Kərim

Məgər o qeybdən (dünyanın gələcəyindən və ya axirətin gizli saxlanılan işlərindən) xəbər tutub, yoxsa Allahdan bir əhd-peyman alıb (və buna görə qəlbi rahatdır)?!
Link
Ayə 78
79

Məryəm surəsi Ayə 79

Quran-ı Kərim

Belə deyil! Tezliklə onun dediklərini yazacağıq (yaxud yazdıqlarımızı ona təqdim edəcəyik və ya onları onun barəsində həyata keçirəcəyik) və onun üçün (axirət) əzabı(nı) sonsuz şəkildə uzadacağıq.
Link
Ayə 79
80

Məryəm surəsi Ayə 80

Quran-ı Kərim

Və dediklərinə (dediyi şirk sözlərə və ya barəsində danışdığı sərvət və övlada) varis olacağıq və (Qiyamət günü) o, Bizim yanımıza tək gələcəkdir.
Link
Ayə 80
81

Məryəm surəsi Ayə 81

Quran-ı Kərim

Və onlar üçün qüdrət və zəfər vasitəsi olsunlar deyə Allahın yerinə məbudlar götürdülər.
Link
Ayə 81
82

Məryəm surəsi Ayə 82

Quran-ı Kərim

Belə deyil! Tezliklə həmin tanrılar onların ibadətlərini inkar edəcək və onlara zidd və düşmən olacaqlar. Müşriklər də bütlərə ibadəti inkar edərək onlarla düşmən olacaqlar.
Link
Ayə 82
83

Məryəm surəsi Ayə 83

Quran-ı Kərim

Məgər (qəlb gözü ilə) şeytanları (öz qıcıqlandırıcı səsləri ilə) kafirləri (heyvan sürüsü kimi) yerlərindən şiddətlə (günah və fəsada) təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?!
Link
Ayə 83
84

Məryəm surəsi Ayə 84

Quran-ı Kərim

Buna görə də onlara münasibətdə (onların məğlub və məhv olmalarına) tələsmə. Həqiqətən Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün əməl, gün və nəfəslərini) sayırıq.
Link
Ayə 84
85

Məryəm surəsi Ayə 85

Quran-ı Kərim

(Yada sal) o gün(ü) ki, təqvalıları (Məhşər səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq.
Link
Ayə 85
86

Məryəm surəsi Ayə 86

Quran-ı Kərim

Və günahkarları (heyvanlar kimi) susuz (vəziyyətdə), Cəhənnəmə tərəf sürərik.
Link
Ayə 86
87

Məryəm surəsi Ayə 87

Quran-ı Kərim

(Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]
Link
Ayə 87
88

Məryəm surəsi Ayə 88

Quran-ı Kərim

(Xaçpərəst və bütpərəstlərin bəziləri) dedilər: Rəhman olan Allah (atanın zatının cövhərindən ayrılmış və Onun bütün sifətləri ilə vəsf edilən vacibəl-vücud) övlad götürmüşdür.
Link
Ayə 88
89

Məryəm surəsi Ayə 89

Quran-ı Kərim

Doğrudan da çox çirkin və yaramaz bir iş gördünüz.
Link
Ayə 89
90

Məryəm surəsi Ayə 90

Quran-ı Kərim

Az qalır ondan (onun şiddətindən) göylər parçalansın, yer yarılsın və dağlar (yerindən qopub) tökülsün.
Link
Ayə 90
91

Məryəm surəsi Ayə 91

Quran-ı Kərim

onların Rəhman olan Allaha övlad qail olmalarından.
Link
Ayə 91
92

Məryəm surəsi Ayə 92

Quran-ı Kərim

Rəhman olan Allaha (nə ağıl, nə də şəriət baxımından) övlad götürmək yaraşmaz.
Link
Ayə 92
93

Məryəm surəsi Ayə 93

Quran-ı Kərim

Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.
Link
Ayə 93
94

Məryəm surəsi Ayə 94

Quran-ı Kərim

Şübhəsiz, Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır.
Link
Ayə 94
95

Məryəm surəsi Ayə 95

Quran-ı Kərim

Qiyamət günü onların hamısı Onun yanına tək (dünyaya gələndə olduğu kimi, bir şəxsin və ya malın ixtiyarı əllərində olmadan) gələcəklər.
Link
Ayə 95
96

Məryəm surəsi Ayə 96

Quran-ı Kərim

Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.
Link
Ayə 96
97

Məryəm surəsi Ayə 97

Quran-ı Kərim

Bunu (Qur’anı, yuxarı aləmdə ərəbcə tənzimləməklə) sənin dilində yalnız ona görə asanlaşdırdıq ki, onun vasitəsi ilə təqvalılara müjdə verəsən və inadkar düşmənləri qorxudasan.
Link
Ayə 97
98

Məryəm surəsi Ayə 98

Quran-ı Kərim

Onlardan qabaq nə çox dövrlərin insanlarını həlak etdik. Heç onlardan hansısa birini hiss edir və ya onlardan bir səs eşidirsən?
Link
Ayə 98

Süra Haqqında

Məryəm surəsi Quran-ı Kərimdə 19. surədir və 98 ayədən ibarətdir. Məkkəvi surəsi olan bu surə Allahın böyüklüyünü, mərhəmətini və insanlara olan tövsiyələrini əks etdirir.

Bu surə insanlara həyat dərsləri verir, imanı gücləndirir və etik dəyərləri təbliğ edir.

  • 98 ayə - tam tərcümə və təfsir
  • Məkkəvi - nazil olduğu yer
  • Tam mətn - Azərbaycan dilində

Bu surəni diqqətlə oxumaqla Allahın sözünün dərin mənalarını anlaya bilərsiniz.

Bütün Sürələr

Quran Statistikası

Toplam Sürələr 114
Toplam Ayələr 6,236
Məkkəvi Sürələr 92
Mədəni Sürələr 22

Quran-ı Kərim