Əsas məzmuna keç

Məryəm surəsi - 13-cü Ayə

Surə 19
Ayə 13

Azərbaycan dilində tərcümə

(Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. Və o, təqvalı (öz yaşı çərçivəsində bütün bihudə və puç işlərdən çəkinən) idi.
Tam Surə

Məryəm surəsi 13-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 13

MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"Yenə ona Öz tərəfimizdən mehribanlıq və paklıq əta etdik. O, təqvalı idi.”
Nöqtələr
"Hukm” sözü elm və fəhm ("Lisanul-ərəb”), mühakimə gücü ("Qamusul-Quran”) mənalarında işlədilmişdir. "Təfsire-Əl-mizan” da oxuyuruq: "Hukm” dedikdə ilahi maarifdən xəbərdarlıq və qeyb pərdələrinin kənara çəkilməsi başa düşülür.
Üç şəxs uşaq yaşında peyğəmbərliyə çatmışdır: Süleyman, İsa və Yəhya. İmamət məqamı da uşaq yaşında üç nəfərə verilmişdir. İmam Cavad (ə), imam Hadi (ə) və imam Mehdi (ə).("Təfsire-Əl-mizan”.)
Bəziləri bildirirlər ki, Yəhya adı "Əhdi-cədid” kitabında "Yuhənna” kimi qeyd olunmuşdur.
Ola bilsin ki, burada səmavi kitab dedikdə Tövrat nəzərdə tutulmuşdur. Çünki həzrət Yəhyaya başqa bir kitabın nazil olması haqqında məlumat yoxdur.
"Bəqərə” surəsinin 63 və 93-cü ayələrində də göstəriş verilir ki, səmavi kitabdan möhkəm tutun.
"Hənan” sözü şəfqət və mehribanlıq mənasını bildirir. Allahın Yəhyaya, Yəhyanın Allaha mehri, xalqın Yəhyaya və Yəhyanın xalqa məhəbbəti Allah tərəfindən mehribanlığın bir işartısıdır.
Allah yolu bütünlüklə mərhəmətdir: Allah Rəhmandır, onun peyğəmbəri və kitabı aləmlərə rəhmət, insanları isə öz aralarında bir-birlərinə mehribandırlar.("Saffat”, 109, 120)
"Zəkat” dedikdə sədəqə, inkişaf, günahdan paklıq və bərəkət mənaları anlaşılır. Yəhya həzrət Zəkəriyya üçün mübarək hədiyyə, pak və kamil insan nümunəsi idi.
Bildirişlər
1. Rəhbər səmavi kitabın məqsədlərinin həyata keçirilməsində qətiyyətli olmalıdır.
2. Dinin hifzi və hökmlərin icrası üçün qətiyyət və qüdrətə ehtiyac var.
3. Dindarlıq güc və ciddiliklə müşayiət olunmalıdır.
4. Allah istəsə, körpə uşağı da nübüvvət məqamına qaldırar.
5. Mehribanlıq, məhəbbət və paklıq təbliğ və tərbiyə şərtidir.
6. Mehribanlıq və qardaşlıq Allahdan qaynaqlanır.
7. Mərhəmət və qardaşlıq ruhiyyəsi insan üçün bir dəyərdir.
8. Yalnız daimi və xarakterə çevrilmiş təqva dəyərdir.
9. Təqva guşənişinlik və qəddarlıq yox, xalqla yoldaşlıq, onlara mehribanlıq və məhəbbətdir.
10. Təqva təkamül və məhbubluq kimi ilahi lütflərin əldə olunması üçün zəmindir.