NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"Ona doğulduğu, öləcəyi və dirildilib qaldırılacağı gün salam olsun.”
Nöqtələr
Allah bu ayələrdə həzrət Yəhyanın müxtəlif xüsusiyyətlərini sadalamışdır: O Allah hüzurunda pəhrizkar idi, valideyninə münasibətdə xeyirxah idi, xalqa qarşı azğın və üsyankar deyildi.("Bihar”, c. 14, s. 201.)
Ölüm zamanı salamatlıq dedikdə əqidə salamatlığı və imanla ölmək nəzərdə tutulur.
Bildirişlər
1. Məqam və mənsəb bizə valideynimizi unutdurmasın. Peyğəmbər də valideynə münasibətdə xeyirxah olmalıdır.
2. Ata-ataya yaxşılıq ilahi təqva nişanəsidir.
3. Valideynə münasibətdə itaətsizlik və məqampərəstlikdən uzaq yaxşılıq sitayiş olunur.
4. Valideynə qarşı yaxşılığı tərk etmək üsyan və azğınlıq nişanəsidir.
5. Allah övliyalarına salam göndərilməsi təkcə onların həyatda olduğu dövrə aid deyil.
6. Salam vermək kiçikliyi göstərmir. Çünki böyük Allah da salam verir.(Məryəm”, 41. )
7. Yəhya bütün eniş-yoxuşları sağlam din və imanla ötüb keçdi.
8. Övliyaların təvəllüd gününü əziz tutub vəfat gününü xatırlamaq Quran əmridir.
9. Həyatları boyu övliyalara salam, ziyarətnamə oxumaq Quran göstərişidir.
10. Sağlam həyat, sağlam ölüm və qiyamət salamatçılığının açarı təqva, valideynə yaxşılıq, günah və tüğyandan çəkinməkdir.