Əsas məzmuna keç

Məryəm surəsi - 20-cu Ayə

Surə 19
Ayə 20

Azərbaycan dilində tərcümə

Dedi: Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?
Tam Surə

Məryəm surəsi 20-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 20

MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"(Məryəm) dedi: «Mümkündürmü ki, mənim övladım olsun? Axı nə bir bəşər mənimlə təmasda olub, nə də mən zinakar olmuşam.»”
Nöqtələr
"Zəkiyy” sözü təharət və bərəkət, "bəğiyya” sözü isə burada zinakar mənasını bildirir.
Bu surədə Allahın övlad hədiyyə verməsi məsələsinə dəfələrlə toxunulmuşdur: 19-cu ayədə İsanın Məryəmə hədiyyə verilməsi, 49-cu ayədə İshaq və Yəqubun İbrahimə hədiyyə verilməsi, 53-cü ayədə Harunun Musaya hədiyyə verilməsi, 7-ci ayədə Zəkəriyyanın övladla müjdələnməsi məsələlərinə toxunulur.
Bildirişlər
1. Pak insanlar günah qorxusu hiss edən kimi titrəyib Allaha pənah aparırlar.
2. Ən yaxşı sığınacaq ilahi rəhmətdir.
3. Allah-təalaya pənah aparmaq Allahın peyğəmbərlərə sifarişi, peyğəmbər və övliyaların qaydasıdır.
4. Fərdlərə məxsus olan yerə qəfildən daxil olmaq olmaz.
5. Qadının yad kişi ilə xəlvətdə qalması təhlükəlidir.
6. Pisliyə qadağa qoyarkən fərdlərin dini qeyrətindən istifadə edin.
7. Təqva paklığa aparan yol, günahdan çəkindirən amildir.
8. Xalqı böhtan və nigarançılıqdan qurtarmaq üçün pak insan özünü təqdim etməlidir.
9. Mələklər təkcə ilahi vəhyi bəyan etmir, həm də onların işə salınması üçün vasitə olur.
10. Övlad dəyərdir, amma onun paklığı daha mühümdür.
11. Bütün səmavi dinlərdə zina mənfur iş sayılır.