Əsas məzmuna keç

Məryəm surəsi - 28-ci Ayə

Surə 19
Ayə 28

Azərbaycan dilində tərcümə

Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub.
Məryəm surəsi , 28-ci ayə
Məryəm surəsi 28-ci ayə
Tam Surə

Məryəm surəsi 28-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 28

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Ey Harunun bacısı! Atan pis kişi, anan zinakar deyildi.”

Nöqtələr
"Fəriyya” sözü çirkin iş, böyük xəta mənasını bildirir.
Bəziləri Harunu Məryəmin doğma qardaşı saysalar da, İslam Peyğəmbəri (s) buyurur: "Məryəm Musanın, Harunun qohumlarından idi.”(Ali-İmran”, 55. )
Bildirişlər
1. Bir dəstənin narahat olub böhtan atmasına baxmayaraq, həqiqəti aşkarlayaq.
2. Xalq tələsərək həqiqət yox, zahiri görüntülər əsasında mühakimə yürüdür. (Onlar Məryəmin ağuşunda görpəni görən kimi onun haqqında pis düşündülər.)
3. Ata-babaların və ailənin yaxşılıq və fəzilətinə diqqəti yönəltmək tərbiyə üsullarından biridir.
4. Saleh valideyn və ailədən yalnız saleh övlad gözlənilir. (Ata-ananın və ailənin saleh olması övladın rəftar və əməllərinə təsir edir.)
5. Şərafətli ailədən olan bir şəxsin pis iş görməsi daha çox məzəmmət olunur.