NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 3
MÖHSÜN QƏRAƏTİ
27.03.2026
"O zaman ki, öz Rəbbini gizli bir nida ilə çağırdı.”
Nöqtələr
"Kaf, ha, ya, əyn, sad” hərfləri Quranın müqəttəə hərflərindəndir və onlarda bir rəmz var. Bəzi dualarda Allahı bu hərflərə and verərək deyirik: "Kaf, ha, ya, əyn, sad haqqında”. Həzrət Əli (ə) də öz duasında Allahı bu hərflərə and verərək çağırır.(Təfsire-Məcməül-bəyan”.)
"Nida” dedikdə uca səslə çağırış başa düşülür. "Xəfiyya” asta yox, gizli mənasını bildirir. Çünki belə bir nida ahəstə yox, gizli ola bilər.("Təfsire-fi zilalil Quran”. )
Ola bilsin ki, Zəkəriyya xalqın ona istehza edəcəyindən çəkinərək gizli dua etmişdir. Xalq deyə bilərdi ki, nə üçün bu qoca kişi Allahdan övlad istəyir?!
"Zəkəriyya” adı Quranda yeddi dəfə zikr olunur. Zəkəriyya Bəni-İsrail peyğəmbərlərindən, Musanın qardaşı Harunun övladlarından biri olmuşdur.
Hədisdə deyilir: "Ən üstün dua gizli duadır.("Təfsire-nurus-səqəleyn”.)
Bildirişlər
1. Allahın xüsusi nemətlərindən yada salınması ilahi məhəbbət amilidir.
2. Allah övliyalarının zikri bir dəyərdir.
3. İbadət və dua rəhmət əldə etmək üçün zəmindir.
4. Bəşər həyatındakı dəyişikliklərdə duanın rolundan qəflətdə qalmayaq. Peyğəmbərlər də öz çətinliklərinin həlli üçün duaya müraciət etmişlər.
5. Mömin insan heç vaxt tənhalıq hiss etmir.
6. Əgər Allah istəsə, Öz xalis bəndələrinin məxfi nidasını tarix üçün aşkarlayar.
7. Gizli dua ixlas halına yaxın olduğundan daha dəyərlidir.