Əsas məzmuna keç

Məryəm surəsi - 32-ci Ayə

Surə 19
Ayə 32

Azərbaycan dilində tərcümə

Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib.
Məryəm surəsi , 32-ci ayə
Məryəm surəsi 32-ci ayə
Tam Surə

Məryəm surəsi 32-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 32

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Məni anama qarşı xeyirxah qərar vermiş, (xalqa qarşı) sitəmkar və qəddar etməmişdir.”

Nöqtələr
Çoxlu mənfəəti və başqalarına təlim-tərbiyə təsiri olan sabit şey bərəkətlidir. Həzrət İsanın bərəkətli ömrü var və İmam Mehdinin (ə) zühurundan sonrayadək sağdır. Onun ardıcılları da çoxdur və bu ardıcıllar həzrəti öldürmək fikrində olan kafirlərə qalibdirlər.("Uyuni əxbarur-Riza”, c. 1, s. 257.)
Xeyir və bərəkətlər daxili niyyətlər, məqsədlər, hallar və xislətlərdir. Bu səbəbdən də bəzi insanlar harada olsalar bərəkətlidirlər.("Furuğk-əbədiyyət”, c. 1, s. 253; "Kamili-ibn Əsir”, c. 2, s. 54; "Bihar”, c. 18, s. 415) Bəziləri isə ruhi problemlərinə və mənəviyyatdan uzaqlıqlarına görə istənilən bir yerdə öz xoşagəlməz xüsusiyyətlərindən əziyyət çəkir və başqalarına fayda vermirlər.
Həzrət İsa "validəti” ("ana”) sözü ilə anasının paklığına və atasının olmamasına işarə etdi.
Bildirişlər
1. Öz imtiyaz və üstünlüklərimizi Allahdan bilək.
2. İnsan lovğalıq, iftixar məqsədi olmasa öz müsbət keyfiyyətlərini qeyd edə bilər.
3. Peyğəmbərlər xeyir-bərəkət və bədii əsərlər üçün qaynaqdırlar.
4. Mənəvi dəyərlər zaman və məkana sığmır.
5. Namaz və zəkat səmavi dinlərin müştərək əmrlərindəndir. (Ola bilsin ki, namazın bərpası və zəkat ödənməsi mübarəklik şərtidir.)
6. Allahla rabitə (namazın bərpası) məhrumlarla rabitədən (zəkat ödənməsindən) ayrı deyil.
7. Namaz və zəkat üçün ömür boyu tətil yoxdur.
8. Anaya yaxşılıq peyğəmbər əxlaqındandır.
9. Anasına qarşı rəhmsiz olan, xalqa qarşı da rəhmsiz olacaq.
10. Peyğəmbərlər istibdad və xalqa hakimlik sorağında deyillər.