NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 33
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Salam olsun mənə doğulduğum, öləcəyim və diriləcəyim gün.”
Bildirişlər
1. Peyğəmbər yolu təvəllüddən məadadək istənilən növ çaşqınlıqdan uzaq yeganə yoldur.
2. Bəzi hallarda insan özü haqqında xoş söz deyə bilər.
3. Təvəllüd, vəfat və qiyamətdə dirçəliş günü insan üçün ən mühüm günlərdir. İmam Rza (ə) buyurur: "İnsan üçün ən qorxulu gün üç gündür: Təvəllüd günü, ölüm günü və qiyamət günü.”("Təfsire-ətyəbul-bəyan”.)
4. Ölüm və qiyamət hamı üçündür. (İsa bu günədək səmalarda diri qalsa da, o da bir gün öləsidir.)
5. Doğulan, ölən və qiyamətdə ayağa qaldırılan bir kəs hansı əsasla Allaha şərik sayıla bilər?!