Əsas məzmuna keç

Məryəm surəsi - 36-cı Ayə

Surə 19
Ayə 36

Azərbaycan dilində tərcümə

(İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!
Məryəm surəsi , 36-cı ayə
Məryəm surəsi 36-cı ayə
Tam Surə

Məryəm surəsi 36-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 36

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Həqiqətən, Allah mənim və sizin Rəbbinizdir. Beləsə, Ona pərəstiş edin, doğru yol budur.”

Nöqtələr
Həzrət İsa özünü belə tanıtdırır: ”Mən Allahın bəndəsiyəm.” Ona ilkin olaraq namaz və ibadət haqqında göstəriş gəldi. Onun ilkin olaraq elan etdiyi proqram da Allaha pərəstiş və ibadət idi.
Həzrət Məsihin tövhid məsələsində israrı və tövhidi doğru yol sayması onu Allahın oğlu sayanlara, üç üqnumçulara yetərli cavabdır. (Uyğun nöqtəyə "Ali-İmran” surəsinin 51-ci, "Zuxruf” surəsinin 64-cü ayələrində də toxunulmuşdur.)
Bildirişlər
1. İbadət yalnız bizim Rəbbimizə layiqdir.
2. İsanı Allahın övladı saymaq dinin təhrifi və küfr mayasıdır.
3. Bir Allaha pərəstiş və Ona bəndəlik yeganə doğru yoldur. Bütün qalan yollar azğınlığa aparır. (Quranda Allah, peyğəmbər, ibadət, Allaha bağlılıq yolu doğru yol kimi tanıtdırılır.)