Əsas məzmuna keç

Məryəm surəsi - 38-ci Ayə

Surə 19
Ayə 38

Azərbaycan dilində tərcümə

Onlar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyri olmayacaqdır).
Məryəm surəsi , 38-ci ayə
Məryəm surəsi 38-ci ayə
Tam Surə

Məryəm surəsi 38-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 38

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Bizim hüzurumuza gəldikləri gün necə də yaxşı eşidir və görürlər. Amma zalımlar bu gün açıq-aşkar azğınlıqdadır.”

Nöqtələr
Xüsusi mövqe, məqsəd və birliyə malik olan dəstə "hizb” adlanır.
"Məşhəd” dedikdə ya xalqın hüzur məhəlli, ya da şəhadət verilən yer nəzərdə tutulur. Qiyamət günü həm insanlar bir yerə toplanar, həm də mələklər və peyğəmbərlər insanların əməllərinə şəhadət verər.
Bəzi insanlar İsanı Allah sayırdı. "Yəqubiyyə” kimi bəzi firqələr onu Allahın oğlu kimi qəbul edirdi. "Nəsturiyyə” kimi, "İsrailiyyə” kimi firqələr üç üqnuma inanırdı. Amma bütün bu firqələr qiyamət günü öz əqidələrinin ziddinə şəhadət verəcəklər.(Hədid”, 10)
Bildirişlər
1. Həzrət İsa doğru yolu göstərsə də, ətrafdakılardan bir qrupu ixtilaf törədirdi.
2. Dəstəbazlıq, bilərəkdən ixtilaf yaratmaq tarix boyu müşahidə olunan bir gerçəkdir.
3. Kafirlər zalımdırlar. (Onlar özlərinə, əqidə məktəbinə və cəmiyyətə zülm edirlər.)