NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Yer və onun əhlinin yeganə varisi Bizik və (hamı) Bizə doğru qaytarılar.”
Nöqtələr
Bütün bədbəxtçiliklər qəflətdən doğur: Allahdan, məaddan, günahın nəticələrindən, fitnələrdən, məhrumlardan, tarix və onun sünnələrindən, gənclik və istedadlardan, inkişaf zəminlərindən qəflət.
Bu ayənin oxşarı Quranın başqa yerlərində də gözə dəyir: "Hər şey fəna olar, yalnız cəlal və kərəm sahibi Allahın zatı əbədidir.”("Təfsire-Əl-mizan”. ); "Göylərin və yerin varisi yalnız Allahdır.”("Bihar”, c. 16, s. 95.)
Qiyamət gününün bir adı da "həsrət günüdür.” Həmin gün insan əldən buraxdığı fürsətlərə, tələf olmuş sərmayələrə görə təəssüf edər.
Bildirişlər
1. Peyğəmbərlərin vəzifələrindən biri də xəbərdarlıqdır.
2. Dünyada bacardığınız qədər çalışın. Qiyamətdə iş-işdən keçmişdir.
3. Qəflət küfr üçün zəmindir.
4. Qəflət və imansızlıq halında ölüm peşmançılıq səbəbidir.
5. İnsanın mal-mülkü onda qəflət doğurur, qəflət isə küfrə səbəb olur.