Əsas məzmuna keç

Məryəm surəsi - 44-cü Ayə

Surə 19
Ayə 44

Azərbaycan dilində tərcümə

Ey mənim atam, Şeytana (tabe olmaqla ona) ibadət etmə. Çünki Şeytan Rəhman olan Allaha qarşı həmişə itaətsizdir.
Məryəm surəsi , 44-cü ayə
Məryəm surəsi 44-cü ayə
Tam Surə

Məryəm surəsi 44-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 44

MÖHSÜN QƏRAƏTİ
05.04.2026
"Ey ata! Şeytana pərəstiş etmə. Çünki şeytan Rəhman Allaha qarşı asidir.”

Nöqtələr
Şeytana ibadət dedikdə insanı şeytana qul edən itaət nəzərdə tutulur.
Bildirişlər
1. Elm insanda məsuliyyət yaradır.
2. Peyğəmbərlərin də elmi məhduddur.
3. Nəhy əz münkər edən, pisliyə qadağa qoyan şəxs özü alim olmalıdır.
4. Bəzən insan özü haqqında da xoş söz deməlidir.
5. Şirkin kökü cəhalətdir.
6. İnsanlar alimə itaət etməlidirlər.
7. Az yaşlı uşaq böyüklərə imam ola bilər.
8. Peyğəmbərlərə itaət doğru yol tutmaqdır.
9. Peyğəmbərlərin yolu ifrat və təfrit yox, mötədil (orta) yoldur.
10. Nəhy əz münkərdə, pisliyə qadağa qoyarkən dəlilləri bəyan edək.
11. Şeytanın himayəsi və onunla dostluq təhlükəlidir. Allaha qarşı günaha yol vermiş bir varlıq gör bizim başımıza nə gətirəcək?! Bütün rəhmətlərin qaynağı olan Allaha qarşı üsyan necə də çirkindir!)